• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda təzə adıyla işlənmiş "iPhone" satılır?

Bakıda təzə adıyla işlənmiş "iPhone" satılır?
27.07.2018 13:07
"Baku Electronics" mağazalar şəbəkəsi müştərilərə yeni adı ilə işlənmiş texnologiya məhsulları satır.
 
Bu barədə Qaynarinfo-ya şirkətin müştərisi Ramil Əsədovməlumat verib. O, dəfələrlə şirkətə müraciət etdiyini, lakin şikayətinə baxılmadığını bildirib:
 
"Mən 15.11.2017 tarixində "Baku Electronics"dən iPhone 7 plus aldım. Amma telefonu qutudan çıxaranda içərisində verizon nömrə olduğunu gördüm. Həmin nömrə ABŞ-dakı mobil operatorlardan birinə aiddir. Bununla bağlı 143 məlumat mərkəzinə məlumat verdim. Mənə dedilər ki, nomaldı və guya "Apple" şirkəti həmin nömrəni yoxlamaq üçün qoyub. Halbuki, belə bir şey mümkün deyil. Çünki normalda "Apple" məhsullarının içərisində nömrə gəlmir. Daha sonra mən Apple-in dünya üzrə rəsmi "Check coverage" saytında yoxladım və məlum oldu ki, telefon 14.07.2017 tarixdə kiməsə satılıb.


Bu texnologiyalarda belədir ki, telefona əgər bir dəfə nömrə salınıb aktiv edildisə, "Apple"ın verdiyi rəsmi zəmanət müddəti həmin gündən etibarən qüvvəyə minir. Əgər mən bu telefonu 15.11.2017 tarixdə almışamsa, o zaman həmin saytda zəmanət müddəti 2018-ci ilin eyni gününə qədər göstərilməli idi. Artıq bilmirəm 1 günmü, yoxsa 1 aymı işlədilib, amma aldığım telefon işlənmiş məhsuldur.


Orda mənə özünü şirkətin meneceri kimi təqdim edən Renat adlı şəxs əyləşib və deyir ki, bizdə belədir, təqdim etdiyiniz sübut deyil, ona görə də telefonu nə dəyişirik, nə də əvəzləmirik. Dünən isə mənə rəsmi cavab veriblər ki, bu telefonun ilk istifadəçisi sizsiniz. Hansı ki, mən burda "Apple"ın rəsmi təmsilçisi olan "Alma Store"yə müraciət etmişəm və onlar da baxan kimi telefona daha öncə nömrə salındığını təsdiqləyiblər. Mən "Baku electronics"ə həmin servisdən arayış gətirə biləcəyimi də bildirdim, lakin sözlərindən belə çıxdı ki, həmin arayışın şirkətin baş ofisindən almalıyam. Texnologiya əsridir və məndən tələb etdikləri sadəcə gülünc bir şeydir.
 
Mən Binəqədi rayon məhkəməsinə və prokurorluğuna da bu barədə müraciət edəcəyəm. Sizdən xahişim budur ki, Azərbaycan vətəndaşlarını aldadan və dələduzluqla məşğul olan bu şirkətin özbaşınalığını ictimailəşdirəsiniz".
 
Məsələ ilə bağlı "Baku Electroniks"lə əlaqə saxladıq. Şirkətdən nümayəndəsi özünü təqdim etməsə də dediklərinin şirkət adından dərc edilə biləcəyini bildirdi:
 
"İstənilən "Apple" servisindən bizə telefonun işlənmiş olması və ya iddia etdiyi tarixdə satıldığına dair rəsmi arayış gətirsə, yaxud məhkəmə qətnaməsi, ekspertizaya rəyinə əsasən telefonun həqiqətən işlənmiş olduğu sübut edilsə, o zaman bu məsələni müzakirə edərik. Noyabr ayında alıb, amma iyul ayında gəlib ki, bu, işlənmiş telefondur. Biz zəmanət daxilində satılmış texnikanın qüsuruna və ya hansısa işləməyən detalının dəyişdirilməsinə cavabdehik. Biz kifayət qədər ciddi bir şirkətik. iPhone və ya başqa bir məhsun dəyişdirilməsi və ya qaytarılması bizim üçün problem deyil. Amma o şərtlə ki, bu ədalət çərçivəsində olsun".
 
İddiaçı aprel ayında "Baku Electronics"dən "MacBook" da aldığını, lakin belə bir problemlə qarşılaşmadığını söyləyib:
 
"Mən aprelin 23-də onlardan "MacBook" da almışam və həmin saytda yoxlanış edəndə, zəmanət müddəti 2019-cü ilin aprelinə qədər, yəni necə olmalıdırsa, elə göstərilir. Əgər mən, loru dillə desək, mərdimazar biri olsaydım, onun da keyfiyyətsiz olduğunu iddia edərdim. Mağazanın daimi müştərisiyəm, amma göstərdikləri münasibət göz önündədir".
 
Məsələ ilə əlaqədar olaraq "Apple" məhsullarının Azərbaycanda rəsmi satışı ilə məşğul olan "Alma Store"  şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Rza Məmmədli də ""Check coverage" saytının "Apple"in rəsmi sistemi olduğunu və orada "Apple" məhsullarının hansı tarixdən etibarən satıldığına dair göstərilən məlumatın tamamilə düzgün qeyd olunduğunu təsdiq edib.


Qeyd edək ki, "Baku Elektronics"i əslən Güney Azərbaycandan olan Məcid, Həbib və Səid Naxçıvani qardaşları idarə edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol