• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı

“Nar” 2018-ci ilin ikinci rübünün nəticələrini açıqladı
27.07.2018 18:16

 
"Azerfon” MMC ("Nar” ticarət nişanı) cari ilin ikinci rübünün nəticələrini açıqlayıb. Nəticələrə əsasən, bu dövr ərzində şirkət ilk rübdə qeydə alınan yüksək artım dinamikasını ikinci rübdə də davam etdirib.
 
Şəbəkə infrastrukturunun genişləndirilməsinə xüsusi önəm verən "Nar” ölkə ərazisində 74 3G və 161 4G baza stansiyası quraraq və abunəçilərin istifadəsinə verib. Cari ilin ikinci rübü ərzində "Nar” öz abunəçilərinə 5 yeni xidmət ("Exchange”, Pulsuz "WhatsApp”, Turbo düymə, Full paketi üçün Rominq dəqiqələri və Əlavə dəqiqələr xidməti) təqdim edib, həmçinin 3 kampaniya (Respublika günü, Ramazan və Həftəsonu kampaniyası) keçirib.  Nəticədə, mobil operatorun abunəçi bazası ötən ilin eyni rübü ilə müqayisədə 6% artıb. Hazırda "Nar” abunəçilərinin sayı 2,1 milyonu keçmişdir.
 
"Azerfon” MMC-nin Baş İcraçı Direktoru Qunnar Panke ikinci rübün nəticələrini belə şərh edib: "İkinci rübdə göstərdiyimiz inkişaf dinamikasından çox razı qaldıq. Abunəçi bazası artımı, mobil internetdən istifadənin paytaxt Bakıda və xüsusən regionlarda artması cari ilin 2-cü rübünün əsas uğurlarıdır. İlin sonunadək biz bu artım tempini saxlamaq və daha yüksək göstəricilər əldə etmək üçün çalışacağıq.”
 
Yeni istismara verilən "Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində "Nar” şəbəkəsində ölkə üzrə mobil data istifadəsi ötən ilin eyni dövrü ilə müqayisədə 65% artıb. Bakı və Abşeron bölgəsində bu göstərici üzrə 60% artım müşahidə olunub. Bölgələrdə isə inkişaf tendensiyası daha yüksək olub, bölgələr mobil data istifadəsi üzrə 67% artım göstərərək paytaxt Bakını qabaqlayıb.
 
4G şəbəkəsinin genişləndirməsinə xüsusi diqqət yetirən "Nar” ölkənin daha 22 bölgəsində Ağdaş, Daşkəsən, Gəncə, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Qax, Qazax, Qəbələ, Salyan, Şabran, Şəki, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax və Zaqatalada qurulub. 4G şəbəkənin genişlənməsi sayəsində bölgələrdə smartfonlardan istifadə artıb.
 
Qeyd etmək lazımdır ki, qlobal trend olaraq səsli zənglərin həcmində müşahidə olunan azalma "Nar” şəbəkəsinə təsir etməyib; ilk rübdə olduğu kimi, "Nar”-da ölkə üzrə səsli zənglərin həcmi ötən illə müqayisədə dəyişməz olaraq qalmışdır. 
 
Hazırda genişləndirilmiş "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə "Nar” zəng xidmətlərinin keyfiyyətinin yüksəldərək "HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdır.
 
"Nar” şəbəkəsi, eləcə də mobil operatorun yeni məhsul və kampaniyaları haqqında ətraflı nar.az saytından öyrənə bilərsiniz.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol