• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə

“Bakcell”dən “İnstagram” istifadəçiləri üçün maraqlı müsabiqə
30.07.2018 16:58
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.

İyun ayının 27-də start götürmüş müsabiqədə iştirak etmək üçün "Bakcell”i "Instagram”da izləyən abunəçilər kreativ şəkil çəkərək, onu maraqlı stikerlərlə bəzəməli və üzərinə #BakcellileDaimOnline heşteqi olan şəkili özünün "Instagram” profilindən açıq şəkildə paylaşmalı idilər. Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən əsas hədiyyənin qalibi və 2-ci yeri tutmuş 50 nəfər iştirakçı təsadüfi qaydada müəyyən edilib.

1-ci yerin qalibi "Bakcell”dən Samsung Galaxy S9 smartfonu qazanıb. Digər qaliblər isə "28 Mall”da yerləşən "Cinemaplus” kinoteatrında eksklüziv təşkil olunmuş "Qarışqa adam və arı” filminin qapalı seansına dəvət olunublar.

Qeyd edək ki, müsabiqə Bakcell-in yeni "DaimOnline” tarifinin tanıdılması məqsədilə həyata keçirilib. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verməsini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni "DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz "WhatsApp”, "Facebook” və "Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.

Bakcell şirkətinin yeni "DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol