• $
  • €
  • ₽
  • ₺
  • £

İcazə hüququ meriyadan alındı

İcazə hüququ meriyadan alındı
02.08.2018 15:59
Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Qərarın tikinti sektoruna təsirlərini şərh edən daşınmaz bazarı üzrə ekspert Ramil Osmanlı bildirir ki, tikinti sektorunda inzibati qərarların qəbulu vacib məsələdir:

"Bakı şəhərində tikintinin bütün mərhələləri Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində idi. Ona görə də bəzi hallarda xaotik vəziyyət yaranırdı. Nəqliyyat, yol infrastrukturunun pozulması baş verirdi. Hesab edirəm ki, tikintiyə icazə və nəzarət prosesinin gücləndirilməsi üçün bu, mərhələlərə bölünməlidir.

Həmin vəzifələr ayrı-ayrı qurumlara verilməlidir. Məsələn, tikintiyə icazəni bir qurum verməlidir, inşaat pasportu, eləcə də, istismara keçid mərhələsində proses başqa quruma keçməlidir. Belə olan halda bir qurum digər dövlət təşkilatı qarşısında məsuliyyətini nəzərə alaraq subyektiv hallara yol verməyəcək”.

R.Osmanlı deyir ki, illərdir bu sahədə müəyyən islahatlar aparılır:

"Neqativ halların qarşısı tədricən alınıb. Problemlər nə zaman tam həllinin tapacaq, söyləmək çətindir. 2013-cü ildə yeni Şəhərsalma və tikinti məcəlləsi qəbul edilən zaman sektorda problemlərin başa çatdığı düşünülürdü. İcra hakimiyyəti orqanları tərəfindən verilən sərəncamlar ciddi nəzarətə götürülməlidir”. 

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev hesab edir ki, icazələr, adətən, tikintinin maya dəyərinə təsir göstərir. Bu səbəbdən həmin sahədə islahatlar vacibdir.

Daşınmaz Əmlak bazarındakı vəziyyəti şərh edən ekspert bildirir ki, son bir ildə sosial mənzillərin tikintisi, eləcə də, pilot layihələrin inşası bu sektorda ümumi həcmə təsir göstərib:

"İki amil bazardakı tikinti böhranının qarşısını ala bilib. Hazırda bazarda qiymət, tələbat böhranı var. O ki qaldı mənzil bazarındakı hazırkı alqı-satqı, eləcə də, qiymət dinamikasına, ekspertlər bu yöndə pessimistdirlər. 

R.Əliyev deyir ki, son bir ayda bazarda istər azalmaya, istərsə də artıma doğru dəyişiklik baş verməyib:

"Yay mövsümündə mənzil bazarında müəyyən korreksiyalar baş verir, sentyabrda qiymətlər əvvəlki tempinə qayıdacaq. Hazırda bazarda hər hansı ciddi dəyişiklik gözlənilmir. Bəzən olur ki, hər hansı müsbət və ya neqativ təsirlərin, amillərin nəticəsində qiymətlər hər hansı istiqamətdə dəyişə bilir.

Hazırda stabillik olsa da, bu, o demək deyil ki, bazarda, ümumiyyətlə, dəyişiklik yoxdur. Elə ərazilər var ki, orada qiymət artımı və ya azalması müşahidə olunur. Ötən il bir sıra ərazilərdə altı ay ərzində 15% artım baş verdi, daha sonra yenidən 15% azalma müşahidə olundu. Daşınmaz əmlakın belə bir xüsusiyyəti var ki, bazarda lokal yerləşmələr üzrə qiymət dəyişimi baş verir”. 

R.Əliyev qeyd edir ki, payız mövsümündə qiymətlərdə dəyişiklik gözləniləndir:

"Daşınmaz əmlak bazarında bəzi seqmentlər üzrə mövsümi xarakterli dəyişikliklər baş verir. Payızqabağı müəyyən qədər aktivləşmə baş verərək qiymətlər eyni səviyyəyə qayıdır”.

R.Osmanlı yay aylarında daşınmaz əmlak bazarında aktivliyin müşahidə edilmədiyini deyir:

"Bazarda alqı-satqı əməliyyatları, eləcə də, müraciətlər azalıb. Hazırda ilkin mənzil bazarında orta qiymət 1675 manat, təkrar mənzil bazarında isə 1341 manatdır”.

Onu da qeyd edək ki, bu ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib, istifadəyə verilib. Mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463 milyon 8 min manat olub.

Bunun 89 milyon 3 min manatı dövlət, 374 milyon 5 min manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Rəqəmlərin müqayisəsi göstərir ki, 2018-ci ilin altı ayında Azərbaycanda tikilən mənzillərin 1 kvadrat metrinin orta qiyməti 490 manat təşkil edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol