• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək - Rəsmi

Bakıda süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək - Rəsmi
29.05.2020 09:10
Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək.

Bakı şəhər İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, son vaxtlarda sosial şəbəkələrdə və ölkə mətbuatında Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir.

"KİV-lər tərəfindən verilən məlumata görə yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib.

Bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Paytaxt rəhbərliyi küçələrdə təmizlik işləri ilə məşğul olan süpürgəçilərin əl əməyi məsələsinə xüsusi diqqət ayırıb.

Bundan əlavə, Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər.

Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir.

Bundan əlavə, sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur. Körpülərdə, bəzi küçələrdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80-100 km/saat sürətlə hərəkət edirlər. Bu kompleks problemdir, ölkə və şəhər rəhbərliyi artıq onun həlli üzərində çalışır", -deyə İcra Hakimiyyətindən bildirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol