• $
  • €
  • ₽
  • ₺
  • £

Bələdiyyə sədri 3000 manat cərimələndi

Bələdiyyə sədri 3000 manat cərimələndi
28.05.2020 18:34
Daşkəsəndə kənd bələdiyyə sədri qalaqlanan məişət tullantıları səbəbindən 3000 manat cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Nazirliyin "Qaynar xətt”inə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa kəskin qoxunun yayılması ilə bağlı şikayət daxil olub.

Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən kənd ərazisinə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəndin müxtəlif ərazilərində qeyri-mütəşəkkil şəkildə qalaqlandığı və ətrafa kəskin qoxunun yayıldığı faktı təsdiqini tapıb.

Faktla bağlı Xoşbulaq bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə olunub.

Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol