• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in uğurlu fəaliyyəti beynəlxalq qurumların diqqətində

Azercell-in uğurlu fəaliyyəti beynəlxalq qurumların diqqətində
22.08.2018 09:42
Azercell "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” adını qazandı

Abunəçilərinə təklif etdiyi keyfiyyətli xidmət, etibarlı şəbəkə, sərfəli kampaniyalar və eyni zamanda həyata keçirdiyi çoxsaylı sosial layihələr "Azercell Telekom” MMC-yə daha bir beynəlxalq mükafatı qazandırıb. Şirkət beynəxalq aləmdə nüfuzlu ödül kimi qəbul edilən "Stevie” Beynəlxalq Biznes Mükafatında 2 nominasiya üzrə qalib olub. Dünyanın 200-dən çox mötəbər biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin iki aydan çox müddətdə apardığı qiymətləndirmə nəticəsində topladığı yüksək ortalama bala əsasən "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb.

Azercell-in Korporativ Sosial Məsuliyyət və eyni zamanda İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr "Stevie” mükfatında qalibi olmağa əsas verib. Fəaliyyət göstərdiyi 21 il ərzində çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell Telekom ölkədə sahibkarlığın, təhsilin inkişafına, uşaq hüquqlarının qorunmasına yönəlik müxtəlif sosial layihələrin həyata keçirilməsinə, 20 milyon ABŞ dollarından yuxarı vəsait sərf edib. 2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici ekspertlər tərəfindən uğurlu fəaliyyət kimi dəyərləndirilib. Belə ki, İnternetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda açıq təlimlər həyata keçirir, kiber təhlükəsizliyə dair müxtəlif yaş təbəqəli insanlar üçün "Azercell Plus Təhlükəsizlik” proqramı çərçivəsində eksklüziv tətbiqlər təqdim edir (https://www.azercell.com/az/personal/services/partner_services/safety/).

"Stevie” beynəlxalq mükafatının münsiflər heyətini Azercell-in xeyrinə səs verməyə vadar edən səbəblərdən biri də şirkətin 2017-ci ildə "Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafa görə MDB məkanında ilk və yeganə QIZIL sertifikatı qazanması oldu.

Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir.

Qeyd edək ki, "Azercell Telekom” MMC "Stevie” mükfatında 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası", 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə), 2016-cı ildə isə "İlin telekommunikasiya şirkəti” nominasiyalarının qalibi olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol