• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə antik yaşayış binası aşkarlandı

Qəbələdə antik yaşayış binası aşkarlandı
29.08.2018 17:45
Bu ilin avqust ayından etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuvə Seul Milli Universitetinin (Koreya) birgə əməkdaşlığı çərçivəsində Qəbələ rayonu ərazisində yerləşən Səlbir antik və orta əsrlər yaşayış yerində aparılan arxeoloji tədqiqatlar davam etdirilir.

AMEA-dan Kult.az-a verilən məlumata görə, arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qəbələ antik və ilk orta əsrlər arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli, Koreya Respublikası tərəfindən Seul Milli Universitetinin professoru Yonq İl Kim rəhbərlik edirlər.

C.Eminlinin sözlərinə görə, arxeoloji tədqiqatlar Səlbir ərazisinin iki qazıntı sahəsində aparılır və tədqiqatlar zamanı yaşayış yerinin cənub-qərb kənarında üst mədəni təbəqəyə aid iri yaşayış binası aşkar edilib. Yaşayış binası və onun həyəti geniş bir ərazini əhatə edir. Bünövrəsi çay daşından qurulub və divarları bişmiş kərpiclərlə ucaldılan bina güclü dağıntılara məruz qalıb. Binanın içərisindən aşkar edilən xeyli inşaat bəzəkləri, əsasən evin otaqlarının əhəng tərkibli suvaq qatı və müxtəlif formalı yapma bəzək detalları ilə tərtib olunduğunu göstərir. Əhəng tərkibli suvaq qatı üzərindəki zəif müşahidə olunan rənglərə əsasən evin iç divarlarının müxtəlif bəzək elementləri ilə naxışlandığını da söyləmək olar. XII-XIII əsrlər arasında mövcud olan binada müsəlman qəbirləri də aşkar edilib.

Arxeoloji tədqiqatlar Səlbir yaşayış yerinin mərkəzi hissələrinə yaxın yerində də davam etdirilir ki, burada kiçik su anbarının olması ehtimal olunur. Qazıntılar zamanı müxtəlif təyinatlı quyular, təsərrüfat anbarı, ocaq qurğuları və şirli qabların bişirilməsi üçün nəzərdə tutulan dulus kürəsinin hissələri də aşkar edilib. Qazıntı sahəsində son antik və orta əsrlərə aid xeyli saxsı, şüşə və daş məmulatı toplanıb. Ərazidə arxeoloji tədqiqatlar sentyabr ayının əvvəllərinədək davam etdiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol