• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə Xətai İH-in işini Bakı meriyası görür? – Söküntü...

Niyə Xətai İH-in işini Bakı meriyası görür? – Söküntü...
03.09.2018 16:20
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda qanunsuz tikililərin söküntüsünə start verib. Bu işə ilk olaraq Xətai rayonundan (Məhəmməd Hadi küçəsində, "Əhmədli” və "Həzi Aslanov” metrostansiyalarının yaxınlığında) hasarlanmış ərazilərdən başlayıb.

Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən sözügedən ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Tikintilərlə bağlı qanun pozuntusu qeydə alınacağı təqdirdə tikililər söküləcək və məhkəməyə müraciət olunacaq.

Xətai rayon ərazisindəki qanunsuz tikililərin söküntü işlərinin Xətai RİH deyil, Bakı ŞİH-i tərəfindən aparılması ictimaiyyətdə maraq doğurub.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Axar.az-a bildirib ki, sözügedən ərazidə qanunsuz hasarlanmaların sökülməsi və parkların bərpası heç də təkcə BŞİH tərəfindən aparılmır. İki icra hakimiyyəti ərazidə birgə çalışır:

"Xətai rayonunda qanunsuz hasarların sökülməsi işləri Bakı Şəhər İcra Hakimiyyəti ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən birgə aparılır. Söküntü işlərinin aparılmasına səbəb hasarların qanunsuz olması deyil, estetik görkəminin kobudluğu ilə bağlıdır. Sözügedən obyektlərin qanunsuz olub-olmadığını yoxlamaq üçün isə araşdırma aparılır. Biz, yəni Xətai İcra Hakimiyyəti bu kimi işləri BŞİH ilə birgə həyata keçiririk”.

P.İmanov bildirib ki, obyekt sahibləri, vətəndaşlar bir çox hallarda apardıqları hasarlama zamanı kobud səhvlərə yol verirlər. Bu səbəbdən də İcra Hakimiyyəti müdaxilə etməli olur:

"Bəzən vətəndaş özünəməxsus ərazidə eybəcər formada hasarlama işləri aparır. Hətta bu yaxınlarda sakinlərdən biri elə hasarlama aparmışdı ki, avtobus dayanacağı hasardan içəridə qalmışdı. Belə olan halda söküntü aparmağa məcbur oluruq.

Hasarlama aparmaq texniki təhlükəsizlik baxımından doğru olsa da, bunu yöndəmsiz formada etmək olmaz.

Bəzən də vətəndaşlar qeyri-qanuni olaraq hasar çəkir. Bu cür yerləri sökürük, təmizləyirik və ilkin vəziyyətinə qaytarırıq”.

İcra nümayəndəsi P.İmanov onu da qeyd edib ki, son günlər aparılan sökünütü işləri zamanı heç bir ağac kəsintisi, yaşıllığa xələlgətirmə halı baş verməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu, Məhəmməd Hadi küçəsində, "Əhmədli” və "Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol