• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə 1 milyonluq torpaq cəriməsi yazıb

Komitə 1 milyonluq torpaq cəriməsi yazıb
07.09.2018 22:19
2018-ci il yanvarın 1-nə olan son torpaq balansına görə, Azərbaycan Respublikasının vahid torpaq fondu 8 milyon 655 min 481 hektar təşkil edir. Bundan 4 925 584 hektarı (56,91%) dövlət mülkiyyətində, 2 027 573 hektarı (23,42%) bələdiyyə mülkiyyətində, 1 702 324 hektarı isə (19,67%) xüsusi mülkiyyətdə olan torpaqlardır.
 
AzVision.az Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir ki, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib. Onun sözlərinə görə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycanın vahid torpaq fondu 7 kateqoriyaya bölünür. Ən böyük torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu, ümumi fondun 58,54%-ni vəya 5 milyon 66 min 761 hektarını təkil edir. 

Dövlət agentliyinin direktoru bildirib ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti müfəttişlərimiz tərəfindən gündəlik monitorinqlər aparılmaqla həyata keçirilir. Pozuntu halları aşkar olunduqda qarşısının alınması üçün ilk növbədə, xəbərdarlıq edilir. Əgər pozuntu halı aradan qaldırılmadıqda isə inzibati protokol yazılaraq cərimə tətbiq edilir. 

"Torpaqların özbaşına hasarlanması və ya zəbt olunması halları müəyyən edildikdə isə cinayət əməlinin əlamətləri mövcudluğu təsdiq olunduqda sənədlər hüquq mühafizə orqanlarına təqdim olunur. Torpaqlara nəzarət təkcə monitorinqlər yolu ilə aparılmır. Bildiyiniz kimi, ölkəmizdə torpaqların elektron kadastr uçotu sistemi yaradılır. Həmin işlərin tamamlandığı Şəki, Ağsu, Salyan və digər rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən olunmuş qeyri-qanuni tikinti işləri, təyinat dəyişmə, torpağın korlanması və digər pozuntu halları barədə elektron məlumatlar əsasında tədbirlər görülür. Hazırki dövrədək müfəttişlər tərəfindən 2746 inzibati protokol tərtib edilərək 1,7 milyon manat cərimə tətbiq edilmiş, 930 halda sənədlər hüquq mühafizə orqana orqanına təqdim olunub".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol