• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell korporativ müştərilər üçün “Ailə günü” tədbiri təşkil edib

Bakcell korporativ müştərilər üçün “Ailə günü” tədbiri təşkil edib
12.09.2018 17:13
 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün korporativ müştərilərinə etibar, sadiqlik və əməkdaşlığa görə minnətdarlığını bildirmək məqsədilə xüsusi "Ailə Günü” tədbiri təşkil edib.

Ötən həftəsonu Bakcell 60-dan çox şirkətin nümayəndələrini və onların ailə üzvlərini açıq havada təşkil olunmuş əyləncə və oyunlarda iştirak etmək üçün "Bakcell ailə günü” tədbirinə dəvət edib. Burada korporativ abunəçilər xoş əhval-ruhiyyə və dostluq mühitində ailələri və iş yoldaşları ilə birgə vaxt keçirib, digər şirkətlərin əməkdaşları ilə tanış olub və yeni biznes əlaqələri qurmaq imkanı əldə ediblər.

"Bakcell ailə günü” xüsusilə də uşaqların ürəyincə olub, çünki Bakcell onları əyləncə, maraqlı oyunlar və bol-bol hədiyyəli şən müsabiqələrlə sevindirib. Tədbir həmçinin DJ və ifaçıların performansı ilə müşayiət olunub. Bütün oyun və müsabiqələr xüsusi animatorlar tərəfindən keçirilib.

"Həftə içində günün böyük hissəsini işdə olan insanlar istirahət günlərində öz ailələri və uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. Bakcell bu ənənəyə sadiq qalaraq istirahət günündə öz biznes tərəfdaşlarını və onların ailələrini bir araya gətirdi. Münasibətlərimizi daha da möhkəmləndirmək, Bakcell ailəsinin vacib bir hissəsi olduqlarına görə korporativ abunəçilərimizə təşəkkür etmək üçün bu çox yaxşı bir imkan idi”, deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.

Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. "Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol