• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kredit götürənlərin sayı 21% artıb

Azərbaycanda kredit götürənlərin sayı 21% artıb
03.11.2014 15:01
 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə cəmi borcalanların sayı 21%, başqa sözlə, 387 842 nəfər artaraq bu ilin oktyabr ayının 1-nə 2 mln. 233 min 256 nəfər təşkil edib. “APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 10 min 625 nəfəri hüquqi, 2 mln. 203 min 354-ü fiziki şəxs, 19 min 277 nəfəri sahibkarlıq subyektidir.Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2013-cü ilin sentyabr ayından indiyədək daha 383 762 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 977 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3103 nəfərlik artım olub. Təkcə avqust ayı ilə müqayisədə sentyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 37 807, sahibkarlıq subyektlərinin sayında 442, hüquqi şəxslərin sayında isə 41 nəfərlik artım olub. Bu ilin sentyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 312 019 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 45,92% artıb. Bu sorğuların 303 439-u banklar tərəfindən daxil olub. 8580 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib. Bu ilin 9 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə sentyabr ayında reyestrə daxil olan sorğular 4,8 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1799, fevralda 3452, martda 4228, apreldə 5589, mayda 4073, iyunda 4086 nəfər, iyulda 9205, avqustda 6487 nəfər kredit tarixcəsini öyrənmək istəyib, sentyabrda bu göstərici 8580-ə yüksəlib. Başqa sözlə, avqust ayı ilə müqayisədə sentyabrda fiziki şəxslərin sorğularının sayı 1,3 dəfə artıb.  Sentyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 233 256, kredit məlumatlarının ümumi sayı isə 8 392 726 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 059 610-dur. Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol