• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir məşhur bank bağlanır

Daha bir məşhur bank bağlanır
29.05.2020 09:05
Kreditlərlə bağlı yaranmış problemlərin həlli nisbətən kiçik banklar üçün digərlərindən daha çox vacibdir. Bu vəziyyətlərdə ekspertlər məsləhət görürlər ki, girov ilə kreditlər verilməsin. Buna baxmayaraq aktivləri azalan, kreditlərin həcmi depozitlərindən çox olan və s. kimi göstəricilərə malik riskli banklar qızılla kreditlər verməyə davam edirlər.  
 
Aktivlərinin həcmi azalan və kreditlərinin həcmi getdikcə kiçilən banklardan biri də "TuranBank”dır. Buna baxmayaraq, bank "Lombard kreditləri”ni müştərilərə təklif edir. "TuranBank" yüksək faizlə qızıl girovu vasitəsi təklif etdiyi kreditlər kifayət qədər daralan müştəri kateqoriyasını yenidən qazanmağa yönəlib. Çünki, bankın statistikası gəlir səviyyəsinin yalnız kreditlərdən olduğunu göstərir. 
 
Digər tərəfdən isə "TuranBank" digər banklarla kredit bazarında rəqabət apara bilmir. Çünki təklif olunan kreditlərin faiz dərəcələri və kreditin müddəti "TuranBank”a sərf etmir. Digər banklar uzun müddətli kreditlər təklif edə bilir, çünki depozitlərin həcmi, gəlirlilik imkanlarının geniş olması onlara sərf edir. "TuranBank” qısa müddət ərzində yalnız girov vasitəsi ilə kredit təklif edə bilir. Bankın bu vəziyyəti müştərilərini qorxuya salıb. Elə bun görə də depozitlərin həcmi sürətlə azalır.

Bankın gəlirlərinin azalması problemli kreditlərin həcmi ilə əlaqədardır. Bu onun aktivlərində də müşahidə olunur. Ötən il bu vaxt "TuranBank”ın aktivləri 521,5 milyon manat təşkil edirdisə, bu il 28,8 milyon manat azalaraq 492,7 milyon manata düşüb. Əvvəlki illərlə müqayisədə bankın gəlirlərinin aşağı düşməsi aktivlərinin sürətlə azalmasına səbəb olub. 
 
Bank kreditlərin həcmini də azaltmağa məcbur olub. Belə ki, ötən illə müqayisədə təxminən 11 milyon manat azalan kredit həcmi 273 milyon manat təşkil edir. Bankın kreditlərin həcmi azalan depozitlərin həcminə uyğundur. Ötən il depozitlərin həcmi 260,8 milyon manat təşkil edirdisə, bu il 203 milyon manata qədər azalıb.
 
Bu kimi amillər bankın gələcəkdəki fəaliyyətini şübhə altına salır.
 
 
Mənbə. EkoNews

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol