• $
  • €
  • ₽
  • ₺
  • £

"iPhone 6"nın satışları rekord qırdı

"iPhone 6"nın satışları rekord qırdı
29.05.2020 02:36
"Apple" bu ilin iyul-sentyabr dövrü ərzində 42,12 milyard dollar gəlir əldə etdiyini açıqlayıb.ANN.Az xarici mediyaya istinadən xəbər verir ki, bununla da şirkət 8,3 milyard dollar gəlir əldə edib. "iPHONE 6"-nın təsiri"Apple"ın 42,12 milyard dollar gəlir əldə eləməsi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artıq gəlir qazanmasına işarədir və şirkət mütəxəssisləri qeyd edirlər ki, bu gəlirin əldə olunmasında bir müddət əvvəl bazara çıxarılan "iphone 6" modellərinin böyük təsiri var.3 günə 10 milyon ədəd satılıb"Apple"ın 19 sentyabrda satışa təqdim etdiyi "iPhone 6" və "iPhone 6 Plus" modelləri 3 gündə təxminən 10 milyon ədəd satılaraq rekord qırıb.Şirkətin, iyul-sentyabr dövründə satdığı ümumi "iPhone" sayı isə 39,3 milyona çatıb və keçən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan 33,8 milyonluq satış rəqəmini geridə buraxıb. "iPhone"-lardan əldə edilən 23,7 milyard dollar gəlir ümumi gəlirin yarısından çoxunu təşkil edir.Əslində "iPhone" satışlarından əldə olunan gəlirin 21,5 milyard dollar olması gözlənilirdi. "Apple"ın maliyyə direktoru Luca Maestri ötən rübü qiymətləndirərək "Çox-çox yaxşı bir rübü başa vurduq" - şərhini verib.Kompüter satışlarında da 21 faiz artım olub"Apple"ın "Mac marka" kompüterlərinin satışları da keçən illə müqayisədə 21 faiz artaraq 5,5 milyon ədədə yüksəlib.Dünyanın ən böyük 5 kompüter dilerlərindən biri olan "Apple"ın kompüter satışları bu rəqəmlə son 3 ilin ən yüksək göstəricisini ortaya qoyub. Digər tərəfdən, "iPad" tablet satışları keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalıb. Luca Maestri "iPad" satışlarının bu həftə satışa çıxarılacaq yeni modellərlə artmasının proqnozlaşdırıldığını dilə gətirib.Şirkət ilin sonuncu 3 ayı ərzində 63,5 - 66,5 milyard dollar arasında gəlir gözləyir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol