• $
  • €
  • ₽
  • ₺
  • £

Gecə reysi istifadəyə verildi - Naxçıvan-Bakı-Naxçıvan

Gecə reysi istifadəyə verildi - Naxçıvan-Bakı-Naxçıvan
29.05.2020 06:45

Yanvarın 10-da Naxçıvan şəhərindəki avtovağzal kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayıb.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov bildirib ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verilib. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq.
 
Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır.
 
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.
 
Avtovağzalda olarkən Bakıya yola düşən sərnişinlərə yaxınlaşıb fikirlərini öyrəndik.
 
Türkiyə vətəndaşı Yılmaz Özcan: "İşimlə əlaqədar olaraq Bakı şəhərinə tez-tez gedib gəlirəm. Naxçıvandan Bakıya avtobusla gecə reysinin həyata keçirilməsi mənim kimi iş dalınca yollananlar üçün həm vaxta qənaət, həm də rahatlıq baxımından çox sərfəlidir. Çünki mən sabah səhər saatlarında Bakıya çatacam, işlərimi yekunlaşdırdıqdan sonra istəsəm elə həmin axşam da Naxçıvana qayıda biləcəyəm. Avtobuslarda göstərilən xidmətlərdən də razıyam”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol