• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi hədiyyə qazandı

Azərbaycan Beynəlxalq Bankının 100 müştərisi hədiyyə qazandı
29.05.2020 11:28
Azərbaycan Beynəlxalq Bankının Yeni il ərəfəsində elan etdiyi növbəti stimullaşdırıcı lotereya kampaniyasının qalibləri məlum olub. Lotereya 1 tirajdan ibarət olmaqla 9 mərhələ üzrə keçirilib. Qaliblər xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşiblər. Ümumilikdə 100 iştirakçı qalib olub. Mərhələlər üzrə 60 iştirakçı 100 manat, 15 iştirakçı 200 manat, 10 iştirakçı 300 manat, 5 iştirakçı 500 manat, 3 iştirakçı 1000 manat, 2 iştirakçı "Samsung Galaxy S9+” telefonu, 2 iştirakçı "Iphone X” telefonu, 2 iştirakçı "Macbook 12 M3 256” notbuku əldə edib.
 
BİRİNCİ YERİN QALİBİ isə BALİ ADASINA 2 nəfərlik (5* oteldə 1 həftə) SƏYAHƏT PAKETİ qazanıb. Lotereyanın nəticələri ilə buradan tanış olmaq olar. Nəticələr "Xalq qəzeti”ndə də dərc ediləcək.

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişləndirilməsinə dəstək və Azərbaycan Beynəlxalq Bankının kredit məhsullarına marağın artırılması məqsədilə dekabrın 20-dən bir ay müddətinə keçirilən lotereya kampaniyasına qoşulmaq üçün müştərilərə iki imkan yaradılmışdı. Belə ki, kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankının plastik kartları ilə istənilən ticarət-xidmət müəssisələrində POS-terminallarla, həmçinin elektron ticarət vasitəsilə ödəniş etmiş müştərilər hər 50 manatlıq ödənişə görə (və ya onun ekvivalenti) 1 uduş şansı qazanırdı. 50 manatdan daha az olan əməliyyat məbləğləri üst-üstə toplanırdı. Kampaniya müddətində Azərbaycan Beynəlxalq Bankından nağd pul krediti alan müştərilər də hər 500 manatlıq kredit məbləğinə görə 1 uduş şansı qazanırdılar. Eyni bir iştirakçı kampaniyada iştirak imkanlarının hər ikisindən istifadə edərək uduş şanslarının sayını istənilən qədər artıra bilərdi. Bank bu cür stimullaşdırıcı kampaniyaları gələcəkdə də davam etdirəcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol