• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” mobil operatoru “Bakı Taksi” MMC ilə əməkdaşlıq edəcək

“Nar Mobile” mobil operatoru “Bakı Taksi” MMC ilə əməkdaşlıq edəcək
10.10.2014 16:16
“Nar Mobile” ticarət nişanı ilə fəaliyyət göstərən “Azerfon” şirkəti və “Bakı Taksi” MMC arasında anlaşma memorandumu imzalanıb. 2 oktyabr 2014-cü il tarixdə imzalanmış razılaşmaya əsasən, “Azerfon” şirkəti” mövcud telekommunikasiya bazarı şəraitini, həmçinin gələcək tərəfdaşlıq perspektivlərini nəzərə alaraq, “Bakı Taksi” MMC-nin əməkdaşlarını GSM mobil rabitə xidməti, “mi-fi” mobil İnternet xidməti və müştərək marketinq xidməti ilə təmin edəcək. Razılaşmaya görə, müştəriyönümlü yardım təmin etməklə, “Azerfon” şirkəti “Bakı Taksi” üçün ilkin məsləhətçi, eləcə də etibarlı və strateji tərəfdaş şəklində çıxış edəcək, mobil texnologiyalara, bu sahədə innovasiya və yeniliklərə dair öz məsləhət xidmətini göstərəcək.Azərbaycan paytaxtının yeni simvollarından birinə çevrilmiş “Bakı Taksi” ilə imzalanmış bu razılaşmadan məmnun qalan “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, şəhər sakinləri və qonaqları keyfiyyətli taksi xidməti ilə təmin edən “Bakı Taksi” MMC-nin fəaliyyətini yüksək qiymətləndirmiş, gələcəkdə müxtəlif sahələrdəki geniş əməkdaşlığın təməlinin məhz bu gün qoyulduğunu xüsusi qeyd etmişdir.“Bakı Taksi” MMC-nin baş direktoru Səid Hüseynov isə, öz növbəsində, qısa müddətdə inkişaf etmış, abunəçilərin rəğbətini qazanmış və yerli bazarda özünəməxsus yer tutmuş “Nar Mobile” ilə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol