• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymət artımının səbəbləri: Növbəti devalvasiyaya işarə, yoxsa…? – İqtisadçıdan açıqlama

Qiymət artımının səbəbləri: Növbəti devalvasiyaya işarə, yoxsa…? – İqtisadçıdan açıqlama
29.05.2020 05:25
"İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”

Son günlərdə ölkə başçısının verdiyi qərarlar, minimal əmək haqqının, təqaüdlərin artırılması ilə paralel olaraq qiymətlərin artması da müşahidə olunur. Qiymət artımı əsasən, yeyinti məhsulları, tütün məmulatları, məişət əşyaları və s. əhalinin təlabatının çox olduğu sahələrdə qeydə alınıb. Bu isə əhali arasında narahatlığa səbəb olub.

Əmək haqlarının artırılması və birdən qiymət artımı ötən illərdə də yaşanan devolvasiya işarədirmi?

Anews.az bildirir ki, Minval.info əhalini narahat edən bu və digər suallarla bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Ekspert bildirib ki, qiymət artımının birbaşa devalvasiyayla əlaqəsi yoxdur:

"Tütün məmulatlarının və spirtli içkilərin qiymətinin artırılması əvvəlcədən məlum idi. Çünki keçən ilin sonunda aksis vergiləri qaldırılıb və fevral ayının 15-də qüvvəyə minib. Ərzaq məhsullarının qiymətinin bahalaşması isə iki önəmli faktorla izah edilir. Birincisi, ənənəvi faktor – yəni bayram qabağı ərzaq məhsullarına təlabatın artması, həm də qış mövsümüylə əlaqədar yerli kənd təsərüfatı məhsullarının bazardan çəkilməsini görürük. Bu da qiymət artımının Novruz bayramına qədər davam etməsini bildirir. İkincisi, gömrükdə rəsmiləşmənin artmasıdır. Gömrük Komitəsinin özünün də verdiyi məlumata əsasən, plandan bir milyard manat artıq vəsait əldə edilib. Toplanan vəsait qiymətlərin üzərinə gəlir. Əvvəllər qeyri-qanuni yollarla keçirilən məhsullar indi rəsmiləşdirilir və ödənişlər artırsa, həmin iş adamları ödənişləri məhsulların üzərinə gəlirlər. İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”.

İqtisadçı devalvasiyanın gözlənilməsi ilə bağlı isə bildirib ki, yeganə məzənnəyə təsir edən amil neft qiymətləridir: "Hələlik neftin qiymətinin 60 dollardan yuxarı olduğu və Azərbaycan büdcəsində də neftin qiymətinin 60 dollardan götürüldüyünü qeyd etsək, devalvasiya üçün əsaslı bir səbəb olmur. Əgər il ərzində neftin qiyməti kəskin azalması müşahidə olunsa, o zaman devalvasiya məsələsi yenidən gündəmə gələ bilər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol