• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu olan deputat və icra başçıları - SİYAHI

Kredit borcu olan deputat və icra başçıları - SİYAHI
02.03.2019 09:45
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda 10 min dollara qədər olan kreditlərin problemləri həll edildi.
Banklara dollarla, eyni zamanda manatla krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Bəs Azərbaycanda tanınmışlardan kimlər banka kredit ödəyirlər və kimlərin gecikmiş krediti var?


Qaynarinfo "Bizimyol.info”ya istinadən millət vəkillərinin və ictimai şəxslərin bu suala cavablarını təqdim edir:


Millət vəkili Fəzail İbrahimli: "Bir neçə dəfə kredit götürmüşəm, vaxtında da qaytarmışam. Dollar krediti olmayıb, manatla olub onu da vaxtında qaytarmışam".


Deputat, komitə sədri Aqiyə Naxçıvanlı: "Heç vaxt banka müraciət etməmişik, nə özüm nə dəki ailəm müraciət etməyib. Banka pul qoymuşuq, ancaq bankdan pul götürməmişik".


Deputat Cavid Osmanov: "Bəli manatla da olub, dollarla da olub götürmüşəm vaxtında da qaytarmışam.Mən biznesmen deyiləm. Ona görə də o qədər də böyük məbləğ olmayıb".


Keçmiş Təhsil naziri, hazırda AMEA-nın Fizika və Riyaziyyat İnstitunun direktoru Misir Mərdanov: "İndiyə qədər heç bir bankın qapısını da tanımıram. Heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Bəlkə ehtiyacım olub, ancaq götürməmişəm”.


Deputat Fəzail Ağamalı: "Mən özüm heç vaxt kredit götürməmişəm, hazırda da yoxdur. Övladım götürüb, ikinci oğlum sahibkarlıqla məşğuldur, o, manatla kredit götürüb. Onun da qaytarmasında böyük problemlər olub. Hazırda da davam edir, ancaq indi oğlum işləyir, çalışıb ödəyir”.


Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev: "Mən heç vaxt kredit götürməmişəm. Övladlarım da kredit götürməyib. Hazırda elə bu sərəncama uyğun olaraq görüşlər keçiririk, amma mənim özüm heç vaxt kredit götüməmişəm”.


Baş nazirin keçmiş müavini, xalq yazçısı Elçin Əfəndiyev: "Biz heç vaxt banka müraciət etməmişik. Mənim övladlarım da edib, ya-yox bilmirəm. Buna baxmayaraq, bu sərəncamı çox alqışlayıram. Bu elə-belə məsələ deyildi, şükürlər olsun ki, həllini tapdı. Mən müraciət etməsəm də, mənim xalam oğlu, dayım oğlu müraciət edib. Onlar da vaxtında ödəyib".




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol