• $
  • €
  • ₽
  • ₺
  • £

"Access Business Talks" layihəsinə start verildi

"Access Business Talks" layihəsinə start verildi
29.05.2020 00:45
"AccessBank"ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı və ənənəyə çevirdiyi "UNEC Business Conversation Club" layihəsinin növbəti mövsümünə start verilib.

Növbəti mövsümdə layihə yeni ad altında və başqa formatda baş tutacaq. Bundan sonra "Access Business Talks" kimi reallaşdırılacaq layihə çərçivəsində "AccessBank"ın əməkdaşları, İELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşəcəklər. Böyük hissəsi ingilis dilində aparılacaq bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev açılış mərasimində bildirib ki, "UNEC Business Conversation Club" artıq bir brendə çevrilib: "UNEC və "AccessBank" arasında reallaşdırılan ən uğurlu layihələrdən birinin növbəti mövsümünə start vermək olduqca xoşdur. Ümid edirəm ki, layihə yeni adda və formatda da özünü doğruldacaq və brendə çevrilməyi bacaracaq".
 
UNEC-in daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə qeyd edib ki, layihə UNEC-in hüdudlarından kənarda da özündən söz etdirə bilib: "Olduqca sevindiricidir ki, hər yeni mövsümdə layihəyə daha çox sayda tələbə qatılır".
 
"AccessBank"ın PR meneceri İlkin Əhmədov da "Access Business Talks" layihəsinin "UNEC Business Conversation Club" qədər uğurlu olacağına inanır: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaqdır. Əminəm ki, buradakı tələbələr layihənin ötən mövsümlərinə cəlb olunan yoldaşları kimi həm dil, həm də praktiki biliklərini möhkəmləndirəcəklər".

Onun sözlərinə görə, ötən layihənin 7 iştirakçısı hazırda bankda tərcübə keçir. 

UNEC-in "Xarici dillər" kafedrasının dosenti, "UNEC Business Conversation Club" layihəsinin müəllifi Xavər Hacıyeva: "Bu layihəni reallaşdırılması hər bir tələbəmlə fəxr etməyə səbəb oldu. Çox istərdim ki, yeni mövsümdən layihəyə qoşulan tələbələrlə də qürur duyum!"
 
Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edəcək. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.
 
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol