• $
  • €
  • ₽
  • ₺
  • £

"Asfaltın üzünü qaşımaqla nəqliyyat infrastrukturu qurulmur" - MÜSAHİBƏ

"Asfaltın üzünü qaşımaqla nəqliyyat infrastrukturu qurulmur" - MÜSAHİBƏ
29.05.2020 12:22
Nəqliyyat sistemindəki çatışmazlıqlar, yollarda hər gün baş verən qəzalar, avtobus sürücülərinin ictimai qınağa rəğmən intizamsız şəkildə idarəçiliyi, vətəndaşlarla kobud davranış və s. bu kimi problemlərlə hər gün şəhər əhalisi qarşılaşır. ANN.Az olaraq mövzunu gündəmdə saxlamağa çalışırıq. “Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov suallarımızı cavablandırıb.- Nəqliyyat Nazirliyi, DYP ictimai sahənin nümayəndələri, mütəxəssislərlə yol hərəkətinin tənzimlənməsinə dair görüşlər, müzakirələr keçirirmi?- Fərdi qaydada müraciətlər olur. Amma bir mütəxəssis kimi belə müzakirələrlə bağlı mənə hər hansı müraciət olunmayıb.- Nəqliyyatda yeni intellektual idarəetmə mərkəzi qurulub. Sizcə bu sistem nə dərəcə effektli işləyir?- Əslində ikili təyinatı olan qurumdur.  Bir təyinatı əsasən Bakı şəhərində yol nəqliyyatına kameralarla nəzarət etməkdir. İkinci funksiyası ictimai nəqliyyatı tənzimləməkdir. Avtobusların qrafikə uyğun, intizamlı şəkildə fəaliyyət göstərməsi və s. Orda əlavə funksiyalar da var. Məsələn, işıqforlar vasitəsilə sıxlıq olan yerlərdən nəqliyyatın istiqmətini digər tərəflərə yönləndirmək mümkündür. Amma çox təəsüf ki, həmin sistem özünü doğrultmur. Əks halda biz bunun effektini görərdik. İctimai nəqliyyatda özbaşınalıq, kimin harda gəldi maşını sürməsi, dayanacaqdan kənar saxlamaq, xətdən kənar harda gəldi sürmək və s. kimi hallar hələ də davam edir və biz bunu görürük. Demək ki, effekt yoxdur, tədbir görülmür. O sistemin yollarda tıxaclarla bağlı məlumat verməyindən başqa hər hansı funksiya yerinə yetirmir.- Sizcə, hər gün ölümlə nəticələnən yol qəzalarının artmasının səbəbi nədədir? Kimdir günahkar? Düzgün qurulmayan, tənzimlənməyən yollar, yoxsa sürücülər?- Səbəb kompleksdir. Hər bir hadisənin konkret səbəbləri olur. Əksər hallarda bir hadisəninin səbəbləri ilə, digər bir hadisənin səbəbləri üst-üstə düşmür. Ümumi yanaşsaq günahkar cəmiyyətdir. Cəmiyyətin içərisində sürücü var, piyada var və ən əsası yol hərəkətinin tənzimləməyə məsul olan qurumlar var. Yanaşmalar kökündən dəyişməlidir. Bir səbəb başqa bir səbəbi doğurur. Məsələn, piyada yol hərəkəti qaydalarını pozur, mədəniyyətsizlik edir. Sürücü gəlib onu əzməməlidir. Əgər eyni mədəniyyətsizliyi sürücü də edəndə ölüm hadisəsi olur. Ona görə də konkret kimisə, hər hansı qurumu ittiham etsək, yanaşmamız natamam olacaq. Ümumilikdə cəmiyyətin yanaşması dəyişməlidir. Yanaşmalar dəyişməsə, qurulan yeni yolların, quraşdırılan kameraların, radarların hər hansı bir effekti olmayacaq. Nəqliyyat vasitələrinin sayı artsa da, təfəkkürümüz dəyişmir. İnsanlarda aqressiya artıb. Bir nəfərin qəza törətməsi nəticəsində yeddi nəfər ölür. Hətta vəhşi heyvanlar belə hərəkət etmir. İnsan aqressiyası getdikcə yırtıcı heyvandan belə o yana keçir. Belə aqressiya olan cəmiyyətdə yol hərəkərinin təhlükəsizliyi hər zaman təhdid altında olacaq.- Bu gün Bakının gözəlliyinə görə dünyanın aparıcı şəhərlərindən irəli keçdiyini görürük. Amma nəqliyyat sistemində bu inkişaf görünmür. Məsələn, qardaş Türkiyənin Ankara, İstanbul kimi şəhərlərində oturuşmuş nəqliyyat sistemi var. Sizcə, bu sistemi Bakıda qısa müddətdə qurmaq mümkündürmü?- Azərbaycanda nəqliyyat sahəsində  işlər pərakəndə və sistemsiz şəkildə görülür. Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı üç-dörd əməliyyat edilib. İndi də deyirlər ki, sıxlığı aradan qaldırmaq üçün əlavə yol çəkilməlidir. Bu onu göstərir ki, nəqliyyat infrastrukturunun qurulması ilə bağlı məlumatları çox bəsitdir, plansızdır. Bakı şəhəri İstanbulun dörddə biri qədərdir. Azərbaycanda əhalinin adam sayına görə düşən avtomobil sayı, dünyanın orta statistik göstəricisindən aşağıdır. Avropa ölkələrindən altı dəfə aşağıdır. Bakı şəhərində adambaşına düşən avtomobil sayı, İstanbulda adambaşına düşən avtomobil sayından təxminən iki dəfə azdır. İstanbulun əhalisinin sayı da həddindən artıq çoxdur. Şəhərə milyonlarla turist gəlir eyni vaxtda. Onlar necə bunu tənzim edə bilirlər? Bunu öyrənmək lazımdır. Müasir dövrə uyğun bu sistemi qurmaq lazımdır. Asfaltın üzünü qaşımaqla, təfəkkürdən kənar mərmər səkilər düzməklə nəqliyyat infrastrukturu qurulmur. Əslində bu nəqliyyat infrastrukturunu dağıtmaqdır. Dünyanın heç bir yerində ümumişlək yolun kənarına mərmər səki döşəmirlər.MehmanANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol