• $
  • €
  • ₽
  • ₺
  • £

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq
29.05.2020 07:34
Dövlət başçısının tapşırığına əsasən, istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavasitə ünvanlarda sakinlərə çıxarışların verilməsinə başlanılıb və işlər davam etdirilir.


Qaynarinfo Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bununla xeyli sayda mənzilin, evin, torpaq sahələrinin sənədləşdirilərək əmlak bazarına daxil olunmasına şərait yaradılır. Bu isə büdcə daxilolmalarının, o cümlədən həmin sektordan əldə ediləcək vergilərin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.


Sonrakı mərhələdə isə fərdi yaşayış evlərinin sənədləşdirilməsinə başlanılacaq. Bu, digər sektorların da gəlir əldə etməsinə və vergi ödəməsinə şərait yaradacaq.


Sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortalanmasından xeyli ödəniş əldə edə biləcəklər ki, bu da sığorta bazarının canlanması üçün mühüm amildir.


Qeyd edək ki, əmlakın illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, rayonlarda 30 manat müəyyən edilib. Bu da vətəndaşların əmlaklarını bir çox risklərdən qorumağa imkan verir. Bu gün evlərin sənədlərinin olmaması vətəndaşların həmin xidmətlərdən yararlanmasına əngəl törədir. Fərdi yaşayış evlərinin çıxarışlarla təmin edilməsi bankların da işini canlandıra bilər. Belə ki, vətəndaşlar evlərini girov qoyaraq kreditlərdən yararlana biləcəklər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol