• $
  • €
  • ₽
  • ₺
  • £

“Məsuliyyətli kreditləşdirmə qaydaları”nın məcburi olmaması problem yarada bilər" - ŞƏRH

“Məsuliyyətli kreditləşdirmə qaydaları”nın məcburi olmaması problem yarada bilər"  - ŞƏRH
29.05.2020 03:17
"Bu gün Azərbaycan banklarında və bank olmayan kredit təşkilatlarında (BOKT) mövcud olan problemli kreditlər, əsasən, manatın 2015-ci ildəki ilk devalvasiyasından əvvəl və sonra götürülmüş kreditlərdir. 2-ci devalvasiyadan sonra verilmiş kreditlərin ödənişi ilə bağlı elə də çox problem yoxdur".


Bunu "Report"a açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

"Bu da onunla bağlıdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ilin aprel ayında ilk addım olaraq "Məsuliyyətli kreditləşdirmə qaydaları” qəbul edib. Bununla da, əhaliyə xarici valyutada kreditlərin verilməsi məhdudlaşdırılıb, həmçinin kredit verilərkən vətəndaşların aylıq gəliri, yaşayış minimumu nəzər alınır. Son nəticədə problemli kreditlərin yaranmasının qarşısı alınıb.


Amma həmin qaydalar Palatanın normativ aktı kimi qəbul edilməyib, yəni Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyib. Buna görə də məcburi qüvvəsi yoxdur, yalnız tövsiyə xarakterlidir. Sabah hansısa bank, yaxud BOKT buna əməl etməsə, onu cəzalandırmaq mümkün olmayacaq. Hətta məndən də banklardakı tanışlar soruşanda deyirəm ki, bu qaydalara əməl etmək məcburi xarakter daşımır və ona əməl etməsəniz, heç kəs sizi cəzalandıra bilməz. Bəlkə də, hansısa banklar bu qaydalara riayət etmirlər və bu da sabah problem yarada bilər”, - deyə o qeyd edib. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol