• $
  • €
  • ₽
  • ₺
  • £

Mark Zukerberq Bill Qeytsdən daha çox qazanır

Mark Zukerberq Bill Qeytsdən daha çox qazanır
30.09.2014 10:42
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”un yaradıcısı Mark Zukerberq “Forbes”in ən zəngin İT iş adamlarının reytinqində üçüncü olub, amma il ərzində reytinqdə birinci yerdə qərarlaşmış “Microsoft”un həmtəsisçisi Bill Qeytsdən daha çox qazanıb. Bu haqda “forbes.com” resursu yazıb. "ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Zukerberq əvvəlki reytinqdə varidatının həcminə görə amerikalı İT iş adamları arasında altıncı olub, amma son ildə o, ən zəngin amerikalılar arasında daha çox qazanıb: Zukerberqin varidatı 15-dən 34 milyardadək artıb. O, hazırda 11-ci yerdə qərarlaşıb. Ən zəngin İT iş adamlarının onluğu dəyişməz qalıb: reytinqdə birinci yerdə Bill Qeyts qərarlaşıb, o, eyni zamanda ABŞ-ın ən zəngin vətəndaşıdır. “Oracle”ın həmtəsisçisi Larri Ellison İT iş adamları arasında ikincidir.   “Forbes”in ötənilki məlumatları ilə müqayisədə, hər iki top-menecerin varidatı 9 milyard (müvafiq olaraq 81 və 50 milyard dollar) dollar artıb. “Amazon”un təsisçisi Ceff Bezosun varidatı 30,3 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da 2013-cü illə müqayisədə 3,3 milyard dollar çoxdur. O, ən zəngin İT iş adamlarının reytinqində altıncı və ən zəngin amerikalıların siyahısında 32-ci yerdə qərarlaşıb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol