• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit faizləri nə zaman və nə qədər azaldılacaq?

Kredit faizləri nə zaman və nə qədər azaldılacaq?
29.05.2020 03:17
Bank faizlərinin azaldılması hazırda gündəmdə duran ən vacib məsələlərdən biridir.

Anews.az bildirir ki, bu sözləri Axar.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit faizləri ilə bağlı təklifini dəyərləndirən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Azərbaycanda kommersiya banklarının kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var:

"Belə ki, kommersiya bankları orta hesabla depozitləri manatla 7 faizlə, xarici valyuta ilə 1 və daha aşağı faizlə cəlb edir, ancaq manatla kreditləri 30 faizlə, xarici valyuta ilə kreditləri isə 12-16 faizlə təklif edirlər. Bu da kreditlərlə bank faizləri arasında kəskin fərqdən xəbər verir. Mövcud statistikaya diqqət yetirsək, Azərbaycanda kredit portfelinin həcmi 12 milyard manatdan bir az artıq, depozit portfeli isə 8 milyard manatdır. Bu o deməkdir ki, depozit portfeli kredit portfelinin 65 faizini təşkil edir. Yəni hər 100 manatın 65 manatı məhz depozit hesabına verilir. Praktik olaraq banklar bir vətəndaşdan vəsaiti cəlb edib, bəzi hallarda digər vətəndaşa 5-6 dəfə baha qiymətə təklif edir. Bu baxımdan faizlərin tənzimlənməsi çox vacibdir".

İqtisadçı hesab edir ki, faizlərin bank sektorunda rəqabətin gücləndirilərək tənzimlənməsi daha məqsədəuyğun olardı:
"Bu strateji bir yanaşmadır və Palata həm də bank sektorundakı rəqabəti gücləndirməlidir. Bununla da faizlərin strateji dövrdə daha çox azalmasına nail olmaq mümkün olacaq".

V.Bayramovun sözlərinə görə, kredit faizləri, o cümlədən komisyon haqları və bank xidmətlərinə maksimum həddin müəyyənləşdirilməsi səlahiyyətləri Palataya kredit faizlərini tənzimləməyə imkan verir:

"Əgər bank sektorunda rəqabətin gücləndirilməsi, bankların likvidliyinin artırılması və sağlamlaşdırılması, idarəetməsinin formalaşdırılması istiqamətində fəaliyyətlər güclənərsə, bu praktik olaraq kredit faizlərinin tənzimlənməsinə imkan verəcək. Manat və dollar krediti faizlərində bu şərtlər daxilində azalmalar mümkündür. Bankların hazırda daha çox gəlir əldə etməkdə və yüksək faizli kreditləşmədə meyilli olduğunu nəzərə alsaq, faizlərdə azalmalar qısa zamanda olmayacaq. Kredit faizlərində bu ilin sonuna doğru, 2020-ci ildə azalmalar müşahidə ediləcək".

Ekspert orta hesabla həm manat, həm də dollar kreditlərində 3 faizə yaxın azalmanın olacağını deyib:

"Bütün hallarda Palatanın mövqeyi çox önəmlidir. Palata yalnız inzibati deyil, bu sektorda rəqabəti gücləndirməklə də faizlərin aşağı düşməsinə çalışmalıdır. Ancaq ümumilikdə mövcud səlahiyyətlərin və bank sektorunda mənfəətin olmasını nəzərə alsaq, azalma mümkündür".
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmağı təklif edir. Təklif hələ ki, müzakirə mərhələsindədir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol