• $
  • €
  • ₽
  • ₺
  • £

Ramazan gəldi, xurma bahalaşdı: 300 manata satılanı da var

Ramazan gəldi, xurma bahalaşdı: 300 manata satılanı da var
29.05.2020 10:55
Ramazan ayı ərəfəsində Azərbaycanın quru meyvə bazarında xurma bahalaşıb.


İranda xurmanın birdən-birə 6-7 dəfə bahalaşmasından sonra (1 kiloqramı 300-350 rial - təxminən 7,14-8 dollar olub) bu ölkədən həmin meyvənin ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir göstərib. Hazırda bazarda İrandan gətirilən "paçka xurması” kimi tanınan, karton qutulara qablaşdırılmış 500 qramlıq xurma 2 manat 80 qəpik - 3 manata satılır. İranın məşhur "Piyarəm”, "Məzafəti” , "Zahidi” xurmalarının qiymətində təxminən 2-3 manat artım var. Ramazanda oruc tutanların, bir qayda olaraq, iftarı xurma ilə açdıqlarından təlabatın artacağı, buna görə də, bahalaşmanın davam edəcəyi gözlənilir.

Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrail və bir neçə ərəb ölkəsindən xurma gətirilir. Hazırda bazarda İran xurmalarının qiyməti növünə görə 6-10 manat arasında dəyişir. Tunisdən gətirilən 350 qramlıq qablaşdırılmadakı "Tunis xurması” 3 manat 80 qəpiyə, Dubaydan gətirilən xurma növünə görə 14-28 manata, İsraildən gətirilən xurma 29-35 manata, İordaniya xurması 23-27 manata təklif edilir. Ən bahalı xurma isə Mədinədən gətirilən, "Peyğəmbər xurması” kimi tanınan acvə xurmasıdır, hansı ki, paytaxtın yalnız bir neçə mağazasında satılır.


Metronun "Nizami” stansyasının yaxınlığındakı quru meyvə mağazasının Elxan adlı satıcısı deyib ki, İran xurması dadına və keyfiyyətinə görə Mədinə, yaxud İsrail xurmasına uduzur. Amma qiymətə həm də daşınma xərcləri təsir edir. "Ucuz olduğu üçün karton qutularda qablaşdırılmış xurmaya təlabat çoxdur, təkcə Ramazanda deyil, həm də yas mərasimlərində əsasən bundan alırlar”, - satıcı deyib. Bir neçə iri ticarət mərkəzində "endirimlər” olduğunu, "İran paçka” xurmasının 2 manat 70 qəpikdən 2 manat 49 qəpiyə endirildiyini xatırladırıq. Satıcı əmin edib ki, Ramazan ərəfəsində endirimlə satılan xurmanın ya istifadə müddəti bitmək üzrədir, ya da artıq "qurdlayıb”.


Digər satıcı isə söyləyib ki, İrandan sonra ən ucuz xurma Tunisdən gətirilənlərdir: "İrandan xurma gətirilməsi qadağan edildiyindən Tunisdən məhsul alınır”. Əlavə edib ki, oruc tutan müsəlmanlar bir qayda olaraq xurmadan istifadə edirlər, ona görə də, əksəriyyət, bahalaşma olsa da, məcburiyyətdən alırlar.

Mağazalarda Mədinədən gətirilən xurmalardan "Məbrum”u 8, "Məryəm”i 12-14, "Səfavi”ni 16-18 manatdan almaq mümkündür. Satıcılar əlavə ediblər ki, bu xurmaların dadı heç də elit mağazalarda "imkanlı hacılar”ın aldığı "Peyğəmbər xurması”ndan pis deyil. Amma Bakı mağazalarında qiymətə həm də mağazanın yerləşdiyi yerdən tutmuş, məhsulun görünüşü, ölçüsü də təsir edir. "Mədinə xurmasını 200-300, hətta ondan da baha satırlar, təxminən barmaq ölçüsündədir, çox da şirin deyil. İnsafən, İran və qabığı soyulan Tunis xurmasından çox ləzzətli və sağlamlıq üçün faydalıdır”, - satıcılardan biri izah edib.


Xurmanın bahalaşmasının birinci səbəbi İranın xurma ixracına qadağa qoymasıdır. Ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanın xurmaya olan təlabatının təxminən 30-35 faizi İran məhsullarının hesabına ödənilir. İranın 12 əyalətində sel və daşqınlar xurma istehsalına təsir göstərib. İran öz vətəndaşlarının təlabatını ödəmək, həmçinin qiymət artımının qarşısını almaq üçün ixracı qadağan edib: "Azərbaycan bazarında ən ucuz xurma isə İrandan gətirilən məhsullar idi. Buna görə də, bahalaşma təbiidir, kiloqramı 2-3 manata satılan xurma 4-5 manatadək yüksələcək”.


Ekspert onu da əlavə edib ki, iş adamları həm də ərəb ölkələrindən xurma gətirirlər. "Yeganə problem o olacaq ki, İran xurmaları ucuz idi, bazarda rəqabət yarada bilirdi”.


İran Ramazandan sonra xurma ixracına yenidən baxacaq. Hələlik isə dükan-bazarda xurma boldur, qiymətlər baha olsa da...




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol