• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp İran armaturlarının Azərbaycana yolunu bağladı

Tramp İran armaturlarının Azərbaycana yolunu bağladı
09.05.2019 14:05
Ötən gün mayın 8-də ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları nəzərdə tutan fərman imzalayıb.
 
Haqqın.az xəbər verir ki, bu fərmana əsasən İranın metallurgiya sənayesinə sanksiyalar tətbiq edilir. Sanksiyalar həm İranın metallurgiya şirkətlərinə, həm bu ölkədən metal idxal edən xarici şirkətlərə aiddir.

Fərmana əsasən əgər 90 gün ərzində xarici şirkətlər İranın metallurgiya şirkətləri ilə ticarət əlaqələrini və digər işgüzar münasibətləri dayandırmasalar onlar ABŞ-ın sanksiyaları altına düşəcəklər. Belə şirkətlərin aktivlərinin ABŞ Maliyyə Nazirliyi tərəfindən dondurulması, onların bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulur.
 
Prezident Donald Trampın Ağ evin saytında dərc edilmiş bəyanatında bildirilir ki, yeni iqtisadi sanksiyalar İranı ixrac gəlirlərinin 10 faizindən məhrum edir. Bəyanata əsasən sanksiyalar İranın polad, mis və aliminium istehsalçılarına qarşı tətbiq edilir. Və İrandan polad, mis və aliminium alınmasına qadağa qoyulur.

"Bu addım İranı neftlə bağlı olmayan ən iri ixrac gəlirlərindən məhrum etməlidir. Biz İrana qarşı heç vaxt görünməmiş ən güclü və maksimal təzyiq kampaniyasını uğurla davam etdiririk”-Tramp bəyan edib.

Xatırladaq ki, mayın 4-dən etibarən ABŞ İrandan neft ixracına tamamilə qadağa qoyub. Buna cavab olaraq Tehran bəyan edib ki, öz neftini "qara bazarda” satmaq üçün tədbirlər görəcək.
 
Metallurgiya isə İranın neftlə əlaqəli olmayan əsas ixrac gəlir mənbəyi hesab edilirdi. Ötən ildən etibarən ABŞ-ın İrandan neft idxalına məhdudiyyətlər tətbiq etməsi Tehranı məcbur etmişdi ki, metallurgiya şirkətlərinə dempinq tətbiq etsin və onlara ciddi ixrac güzəştləri versin. Nəticədə ucuz İran armaturları sürətlə Azərbaycan, Gürcüstan, Türkiyə kimi qonşu ölkələrin bazarlarını doldurmuşdu.  Nəticədə yerli istehsalçılar ciddi ziyan çəkməyə başlamışdı.
Üstəlik həmin armaturların keyfiyyəti ilə bağlı ciddi şübhələr mövcud idi və virtualaz.org bu mövzuda araşdırmalar aparmışdı. Nəticədə FHN tikinti şirkətlərinə təlimat vermişdi ki, İran armaturlarının çoxmərtəbəli binaların inşasında istifadəsindən çəkinsinlər.

İndi isə İrandan armatur idxal edən Azərbaycan şirkətləri həm də ABŞ-ın sanksiyalarının təsiri altına düşmək riski ilə üzləşəcəklər.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol