• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank kompensasiya ödənişlərini başa çatdırıb

Unibank kompensasiya ödənişlərini başa çatdırıb
29.05.2020 11:51

Unibank KB "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının uyğun olaraq, müştərilərinə kompensasiya ödənişlərini başa çatdırıb. Fərmanın icrasına başlanıldığı gündən indiyədək 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. Proses dövründə kompensasiya alan müştərilərdən 56 994-ü öz vəsaitini kartla, 65 657 müştəri isə köçürmə ilə alıb. Ümumilikdə müştərilərə ödənilən kompensasiya vəsaitinin 52 milyon 677 min manatı kartla verilib. 12 milyon 580 min manat vəsait isə köçürmə ilə müştərilərə təqdim edilib.   

Kompensasiyaların verilməsi zamanı hansısa səbəbdən bank filiallarına gələ bilməyən müştərilərin vəsaitləri isə onların bankdakı mövcud cari hesablarına köçürülüb. Bu müştərilərə SMS bildirişlər göndərilib. Həmin müştərilər istədikləri vaxt şəxsiyyət vəsiqələri ilə filiala yaxınlaşaraq, vəsaiti məxaric edə bilərlər.

Həm vətəndaşlarımızın sosial rifahının gücləndirilməsi, həm də bank sektorunun inkişafı baxımından son dərəcə böyük əhəmiyyət daşıyan fərmanın vaxtında və yüksək səviyyədə icrası, ilk gündən Unibank üçün əsas prioritet məsələdir. Kompensasiya ödənişlərini bitirən bank, artıq fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı hazırlıq prosesinə başlayıb. Yaxın günlərdə restrukturizasiyaya başlanılması planlaşdırılır. Bu haqda ayrıca məlumat veriləcək və müştərilərə SMS bildirişlər göndəriləcək.
 
Unibank- hər kəsin bankı!
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol