• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanın Ən Yaxşı Startapı” adını hansı komanda qazanacaq?

“Azərbaycanın Ən Yaxşı Startapı” adını hansı komanda qazanacaq?
29.05.2020 11:54

 
"Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək. Ölkəmizdə 7-ci dəfə baş tutacaq bu yarışma inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirməyə kömək edəcək. Müsabiqənin qalibi seçilən startap Azərbaycanı "Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən "Seedstars World” yarışmasına qatılmaq, bununla da, "Seedstars Global Winner” adı və 500 000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq .

Startaplar 9 iyun tarixinədək aşağıda qeyd edilən ünvana ərizə ilə müraciət edərək, müsabiqədə iştirak etmə imkanı qazanacaqlar:
 https://seedsta.rs/ssw19-baku

Ərizə qəbulu bitdikdən sonra, "Seedstars” komandası  təlimdə iştirak etmək və investorlarla üz-üzə görüşmək üçün 10-a yaxın ən yaxşı startapı seçəcək.
Qeyd edək ki, "Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır.

Məlumat üçün bildirək ki, "Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, "Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol