• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artırılır
29.05.2020 08:34
"Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində Fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir".


Anews.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. 


Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqqlarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.


"2019-cu ilin dövlət büdcəsi büdcə qaydaları əsasında tərtib olunur. Burada büdcənin yuxarı həddi müəyyən olunub. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 mln artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da tam həcmdə yox, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əməkhaqqlarının gəlirlərinin artmasından ibarət olur”, - deyə V.Gülməmmədov əlavə edib.


Palata sədri cari ilin 5 ayında da Vergilər Nazirliyi tərəfindən 5 aylıq gəlirlərin uğurla icra olunduğunu da əlavə edib: "Xüsusən fiziki şəxslərin gəlir vergisi sahəsində uğur əldə edilib. Fiziki şəxslərin gəlir vergisi sahəsində büdcəni özündə də artım nəzərdə tuta bilərdik. Hal-hazırda artım nəzərdə tutulmadığı bir şəraitdə bu yalnız dövlət büdcəsinin kəsirinin maliyyələşməsi üçün əlavə mənbə yaradacaq. Bu, Dövlət Neft Fondundan transfertin azalmasına səbəb ola bilərdi. Bu isə büdcənin keyfiyyət göstəricilərinə, yəni, neftdən asılılığın rəqəminin azalmasına gətirib çıxara, 1 il büdcə neft kəsirinin də azalmasına səbəb ola bilərdi”.(qaynarinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol