• $
  • €
  • ₽
  • ₺
  • £

BirKart-dan Facebook Messenger istifadəçilərinə yarışma!

BirKart-dan Facebook Messenger istifadəçilərinə yarışma!
29.05.2020 12:31
Kapital Bank BirKart-ın Facebook səhifəsində yeni yarışmaya start verir. 8-18 iyul tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, "Aican” botu tərəfindən keçiriləcək.
 
Anews.az bildirir ki, yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında BirKart-ın Facebook səhifəsinin Mesencerində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə bot vasitəsilə müştərilərə növbəylə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər. 5 qalib 19 iyul tarixində BirKart-ın Facebook səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək və onlara Kapital Bank-a məxsus BirKart Miles debet kartı hədiyyə olunacaq.
 
Qeyd edək ki, "Aican” mesencer-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol