Daha bir yol bağlanır - Bakıda

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. “Azəryolservis” ASC-dən NİİM-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Fətəli xan Xoyski küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























