• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” abunəçilərini Rouminq mükafat proqramı ilə sevindirdi

“Nar Mobile” abunəçilərini Rouminq mükafat proqramı ilə sevindirdi
29.08.2014 16:40

Abunəçilər artıq rouminq xidmətinin hər dəqiqəsinə görə uçuş xalları qazanacaqlar

“Nar Mobile” mobil operatoru xaricə səyahət edən abunəçilər üçün olduqca səmərəli olacaq eksklüziv xidmət – Rouminq proqramını təqdim edir. Bu proqrama əsasən, artıq xaricə səyahət edən “Nar Mobile” abunəçiləri istifadə etdikləri rouminq xidmətinə görə mobil operator tərəfindən uçuş xalları qazanacaqlar. Mobil operatorun rouminq xidmətindən daha çox istifadə edən abunəçilər topladıqları xallar hesabına böyük üstünlüklər əldə edəcək, “Nar Mobile” tərəfdaşı olan havayolu şirkətləri və otellər şəbəkəsi tərəfindən pulsuz aviabilet və ya otellə təmin ediləcəklər.      

Səyahətdə olarkən istifadə etdikləri rouminq xidmətinin hər dəqiqəsinə görə əlavə xal qazanmaq istəyən “Nar Mobile” abunəçiləri Rouminq mükafat proqramına pulsuz qoşula biləcərlər. Mütəmadi səyahət edən və telefon, SMS və ya İnternetdən faydalanmasından asılı olmayaraq, rouminq xidmətindən daha çox istifadə edən “Nar Mobile” abunəçiləri topladıqları səyahət milləri və xallar hesabına AZAL, Turkish Airlines, Air France, Qatar Airways və Ukraine İnternational Airlines kimi havayolu şirkətlərindən hədiyyə olaraq aviabiletlər qazanmaq, “Hilton” və “Marriott” kimi beynəlxalq otellər şəbəkəsinə aid olan otellərdə ödənişsiz qalmaq imkanı əldə edə biləcəklər.    

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol