• $
  • €
  • ₽
  • ₺
  • £

4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!

4G “Nar” şəbəkəsi ölkə əhalisinin 91,5%-nin xidmətində!
30.09.2019 17:37

 
Abunəçilərinə hər zaman yüksəkkeyfiyyətli rabitə xidmətləri təqdim edən "Nar”, sürətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni əhatə edir. Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Hazırda "Nar”-ın hər üç abunəçisindən biri aktiv 4G istifadəçisidir. Ümumilikdə isə 4G istifadəçilərinin sayı 850 mini ötüb.
 
"Nar” 2019-cu ildə şəbəkədə quraşdırılmış 1018 ədəd LTE-A texnologiyalı baza stansiyaları da daxil olmaqla, 2740-dan çox 4G texnologiyalı baza stansiyası və 2722 ədəd 3G baza stansiyası ilə abunəçilərini yüksək sürətli şəbəkə ilə təmin edir. Mobil operator hazırda 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
Sərfəli qiymətlərə təklif olunan internet paketlərindən və yüksəksürətli mobil şəbəkədən yararlanmaq üçün siz də "Nar”-a qoşula bilərsiniz. Daha ətraflı məlumatı nar.az nar.az səhifəsindən əldə etmək olar. 
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
 
 
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol