• $
  • €
  • ₽
  • ₺
  • £

Dənizkənarı Bulvarda bir sıra yeniliklər olacaq

Dənizkənarı Bulvarda bir sıra yeniliklər olacaq
29.05.2020 08:53

Bulvar hər iki istiqamətə genişləndikdən sonra uzunluğu ümumilikdə 15 km olacaq.

2015-ci il ilk Avropa Oyunları ilə bağlı Dənizkənarı Bulvarda bir sıra yeniliklər tətbiq ediləcək.

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun bildirdiyinə görə, Dənizkənarı Bulvarın hər iki istiqamətə genişlənən ərazisi 2015-ci il ilk Avropa Oyunlarına qədər insanların istifadəsinə veriləcək: 

“İlk Avropa Oyunları ilə bağlı Bakıda xarici qonaqların çox olmasını, eləcə də onların arasında turistlər, idmançılar, media nümayəndələrinin və s. olmasını nəzərə alsaq, bulvarda fəaliyyət göstərən bütün kafe və restoranlarda pos-terminalların olması təmin ediləcək, hər kafe və restoranda, hər attraksionda xarici dil, xüsusilə də ingilis dili bilən insanların olması təmin ediləcək. Bulvarın ərazisindəki obyektlərin hamısında “Wi-Fi” sisitemi tətbiq olunacaq”.

N.Məcidov deyib ki, bulvar ərazisi genişlənəndən sonra dəniz gəzintisi marşrutu da genişləndiriləcək:

“İndi gəmilər ancaq Dövlət Bayraq Meydanı və “Crystal Hall”un ətrafında fırlanır, bulvar genişlənəndən sonra isə bütün bulvarı əhatə edən marşrut istifadəyə veriləcək”.

Qeyd edək ki, Dənizkənarı Bulvarın ərazisi 6 km-dən artıqdır, bulvar hər iki istiqamətə genişləndikdən sonra uzunluğu ümumilikdə 15 km olacaq.

N.Məcidov qeyd edib ki, yeni bulvar ərazisində həm yaşıllıq sahələri, həm çəmənliklər, ağaclıqlar, oturacaqlar, həm də işıqlandırma sistemi bir qədər fərqli ola bilər.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutu artırılacaq.

Xatırladaq ki, hazırda ərazidə qatar 3 marşrut üzrə hərəkət edir - Bakı Dəniz Vağzalından Saat qülləsi, oradan Dövlət Bayrağı Meydanına qədər və İdman Sarayından “Crystal Hall”un ətrafına qədər.

N.Məcidov bildirib ki, bulvarın mühafizə xidmətinin işçilərinin ingilis dilini mənimsəməsi istiqamətində işlər davam etdiriləcək:

““Eurovision” mahnı müsabiqəsi ərəfəsində bulvar mühafizə işçilərinin təxminən 50 faizini ingilis dili kurslarına göndərdik. Onlardan əsas hissəsi bulvarda işləməkdə davam edir, çox az sayda işdən gedənlər də var. Yəqin ki, dil bilməyənlərin də belə kurslar keçməsini təmin edəcəyik. Bizim mühafizə işçiləri arasında rus dilini bilənlər çoxdur, ancaq ingilis dilini bilənlərin də sayını artırmağı nəzərdə tuturuq”.(Trend)

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol