• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov Prezidentin son islahatlarından danışdı

Elman Rüstəmov Prezidentin son islahatlarından danışdı
25.10.2019 13:39
Prezident İlham Əliyev andiçmə mərasimində növbəti yeddi il üçün proqram xarakterli çıxış etdi. Bunun da əsasında ölkədə davamlı, dayanıqlı iqtisadiyyatın yaradılması, daha güclü iqtisadi siyasətin həyata keçirilməsi dayanırdı.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezidentin son günlər start verdiyi islahatlara münasibət bildirərkən deyib.
E.Rüstəmov bildirib ki, ölkə başçısının bütün siyasətinin əsasında Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır:

"İslahatların miqyası göstərir ki, burada söhbət yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxsaq, yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada olan radikal islahatlar və şəffaflaşmanın şahidi olduq.

Məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır. İslahatlar dalğası gəlir. Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazara və xarici investisiyalara arxalanmaq dayanır”.

E.Rüstəmovun sözlərinə görə, dünya xarici investisiyalar bazarı 1,2 trilyon dollardır:
"Bu gün dünyada 15 trilyon vəsait 0 və mənfi faiz altındadır. Bu, o deməkdir ki, nə daxili, nə də xarici iqtisadiyyatda özlərinin gəlir gətirən mənbə tapa bilirlər. Prezidentin dediyi ondan ibarətdir ki, biz investisiyalar üçün mübarizə aparmalıyıq”.

Bank-maliyyə sektoruna gəldikdə, E.Rüstəmov deyib ki, əsas məqsəd maliyyə sektorunun bütün seqmentlərini inkişaf etdirməkdir:
"Biz bank sektorunda çox ciddi işlər görməliyik. Olduqca yaxşı xəbəri sizinlə bölüşüm. Beynəlxalq konsaltinq şirkətlərindən biri Beynəlxalq Bankın yeni biznes modelini yaradıb. Təbii ki, bunun reallaşdırılmasına başlanacaq”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol