• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb

SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb
29.05.2020 12:25
2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat, 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 57,60 manat təşkil edib.

Bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib.
Neft hasilatının maya dəyəri 2017-ci illə müqayisədə 6,5 manat və ya 5,8% artıb, qaz hasilatının maya dəyəri isə 4,59 manat və ya 7,4% azalıb.

Bildirilib ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əmək haqqının, sosial sığorta xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, mədən vergisinin, digər vergilərin, digər xidmətlərin artması hesabına baş verib. Belə ki, material xərcləri 7 404 min manat (31,1%), əmək haqqı xərcləri 13 093 min manat (11,7%), sosial sığorta xərcləri 2 792 min manat (12,4%), nəqliyyat xərcləri 1 756 min manat (1,4%), mühafizə xərcləri 672 min manat (5,1%), mədən vergisi 947 min manat (1,4%), digər vergilər 3 973 min manat (10,1%), digər xidmətlər 10 350 min manat (22,4%) artıb.
Qazın maya dəyərinin azalması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin azalması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası 1 765 min manat (2,1%), əsaslı təmir xərcləri 4 071 min manat (21,7%), texniki xidmət xərcləri 7 190 min manat (21,7%), digər xidmətlər üzrə xərclər 3 029 min manat (24,6%), digər xərclər üzrə xərclər 3 170 min manat (43,7%) azalıb.

Bildirilib ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4%, əmək haqqı 16,1%, sosial sığorta fonduna ayırmalar 3,3%, amortizasiya ayırmaları 16,8%, təmir xərcləri 5,4%, texniki xidmət xərcləri 9,6%, nəqliyyat xərcləri 16,5%, mədən vergisi 8,9% və s. təşkil edir.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 4,2%, əmək haqqı 9,7%, sosial sığorta fonduna ayırmalar 2%, amortizasiya ayırmaları 26%, təmir xərcləri 4,7%, texniki xidmət xərcləri 8,3%, nəqliyyat xərcləri 16,7%, mədən vergisi 18,4% və s. təşkil edir.

Şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2017-ci illə müqayisədə 4,59 manat (7,4%) azalıb. SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2018-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 155,75 manat təşkil edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol