Azərbaycan hərbi nəqliyyat təyyarəsi almaq istəyir

Azərbaycan A-400M «Atlas» hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib. Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir. «Airbus Military» şirkəti tərəfindən istehsal edilən «Atlas» təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir. Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 130 ton, sürəti 780 km/saat təşkil edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















