• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın istənilən yerinə pulsuz zəng et!

Dünyanın istənilən yerinə pulsuz zəng et!
29.05.2020 08:17
Bu proqram istənilən texnologiya üzərindən işləyə bilərDünya ictimaiyyətinə mobil qurğular üçün nəzərdə tutulmuş və pulsuz zənglər etməyə imkan verən “Nanu” proqramı rəsmi şəkildə təqdim edilib.“Nanu”nu, “3G” və “4G”, “Wi-Fi” şəbəkələrində işləyən “Viber” və “Skype”dan fərqləndirən xüsusiyyətlərdən biri odur ki, bu proqram istənilən texnologiya üzərindən işləyə bilər, hətta “2G” şəbəkəsində belə. Bunun sayəsində servisdən digər servislərə çıxış olmayan məkanlarda belə istifadə etmək mümkündür.Nəzərə alsaq ki, əhalinin böyük əksəriyyəti hələ də telefon zəngləri üçün “2G” şəbəkəsindən istifadə edir, bu o deməkdir ki, ilk dəfə olaraq dünyanın ucqar bölgələrində yaşayan aztəminatlı əhali öz doğmalarına artıq pulsuz zəng edə biləcək. Bundan başqa, bu servis vasitəsi ilə hətta servisdən istifadə etməyən abunəçiyə zəng etmək olar. Bu cür zənglərin həyata keçirilməsi üçün tərtibatçılar telefon zənglərinin səsi yerinə reklam məlumatlarını dinləyəcəklər.Reklam verənlərin pulları zəngin qiymətinin ödənilməsinə xərclənəcək, hətta zəng stasionar şəhər rabitəsi şəbəkəsinə edilirsə belə, zəng edən zəng üçün pul ödəməyəcək.Zəng etmək üçün “Nanu” proqramını telefona yükləmək kifayətdir və bundan sonra dünyanın istənilən nöqtəsinə pulsuz zəng etmək olar. Servisi hələ yükləməyən abunəçilərə zəng etmək üçün xüsusi tarif formalaşdırmaq mümkündür.Servisin yaradıcıları xidmətlə mümkün qədər çox sayda insanı təmin etmək niyyətindədirlər.Məhsulu populyarlaşdırmaq üçün tərtibatçılar ilk bir milyon proqramı yükləyən istifadəçiyə bir-biri ilə pulsuz danışıq və dünyanın istənilən operatorunun şəbəkəsi ilə 15 dəqiqə danışıq imkanı təqdim edir. İlk növbədə əlavəni “Android” istifadəçiləri yükləyə bilərlər, yaxın zamanda isə bu imkan “iPhone” istifadəçilərinə də təqdim ediləcək.(ictnews.az) ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol