• $
  • €
  • ₽
  • ₺
  • £

Bu vəzifədə işləyənlər maaşdan əlavə 6000 AZN alacaq - SİYAHI

Bu vəzifədə işləyənlər maaşdan əlavə 6000 AZN alacaq - SİYAHI
29.05.2020 04:51
"İcbari tibbi sığorta sistemində 2A kateqoriyasına daxil edilən xəstəxanaların baş həkimi (direktor) 6000 manat məbləğində maaş əlavəsi alacaq.
 
2B kateqoriyasında olan xəstəxanaların baş həkimi isə 6000 manatın 70 faizi həcmində əməkhaqqı əlavəsi alacaq”.

Anews.az   xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında İcbari Tibbi Sığorta Agentliyinin büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev deyib.

O bildirib ki, xəstəxanalarda iki direktor müavini vəzifəsi nəzərdə tutulub: "Onların maaşı baş həkimin maaşına bağlıdır. A kateqoriyasında olan xəstəxananın direktor müavinləri baş həkimin əlavəsinin 50 faizi məbləğində, yəni 3000 manat əlavə alacaq.

Eynilə A kateqoriyasında olan xəstəxananın şöbə müdiri 1500, şöbə müdirinin müavini 1125, digər qeyri-tibb işçisi isə 450 manat maaş əlavəsi alacaq.
 
Bu ayın sonundan etibarən birinci mərhələdə pilot layihələr tətbiq edilən regionlarda xəstəxanaların müvafiq şəxslərinin əməkhaqlarına kateqoriyalara əsasən müvafiq əlavələr həyata keçiriləcək”.

"Məsələn, Bakı şəhərində Neftçilər xəstəxanasının etdiyi əməliyyat Xaçmazda yerləşən xəstəxanada icra olunmur.
 
Ona görə də Agentlik oranın direktorunun maaş əlavəsi ilə Bakıdakı Neftçilər xəstəxanasının direktoruna eyni əməkhaqqı əlavəsini verə bilməz. Bu, ədalət prinsipinin qorunmaması demək olardı. Ona görə də biz kateqoriyalar sistemini yaratdıq.

Bu meyarlar sisteminə görə faiz dərəcələri müəyyən olundu. Faiz dərəcələrinin işlənilməsində həm agentliyin, həm TƏBİB-in mütəxəssisləri, ictimaiyyətdən ekspertlər iştirak etdilər. Bu layihə davamlı layihə olacaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol