• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 2019-cu ili mənfəətlə başa vurub

Unibank 2019-cu ili mənfəətlə başa vurub
29.05.2020 04:51
"Unibank” KB ASC 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr  2019-cu il tarixə bankın əldə etdiyi mənfəət (İFRS üzrə) 79 milyon manat təşkil edib. Bankın kapitalı (İFRS üzrə) 135 milyona çatıb.
 
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov 2019-cu ili bank üçün uğurlu illərdən biri kimi dəyərləndirib: "Ötən il Unibank üçün inkişaf prosesləri və nailiyyətlərlə yadda qaldı. Ilk növbədə banklar üçün mühüm tədbirlərdən biri olan  "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanını uğurla icra etdik. 125 minə yaxın müştəriyə 66.5 milyon manat məbləğində kompensasiya vaxtında ödənildi. Bu, bizim qarşımızda olan çox vacib və mühüm bir iş idi. Bankımız bütün göstəricilər – kredit və depozit portfelləri, müştəri sayı, kredit kartları -üzrə əhəmiyyətli artım əldə edib. Bankın daxili insitutisional inkişafı üzrə böyük iş apardıq. Əldə etdiyimiz bütün nəticələr onu deməyə əsas verir ki, 2019-cu il bu il və qarşıdakı illər üçün "Unibank”ın daha böyük uğurlarına zəmin ili olub”.
 
İlin əvvəlindən bankın aktivlərinın həcmində 12 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 787 milyon manat təşkil edib.
 
2019-ci il ərzində də bankda aktiv kreditləşmə müşahidə olunub. Ümumi kredit portfeli 13% artaraq 507 milyon manata çatıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən illə müqayisədə 52% artıb.
 
"Unibank”ın depozit portfeli il ərzində böyüyüb. Müddətli depozitlər illik 19%  artaraq 31 dekabr 2019-cu il tarixinə 345 milyon manat təşkil edib. Müştərilərin tələbli depozitlərində isə illik artım 18% olub və 31 dekabr 2019-cu il tarixinə 185 milyon manat təşkil edib.
 
Dövriyyədə olan aktiv debet kartların sayı ilin əvvəli ilə müqayisədə 30% artaraq 356 minə çatıb.
 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 
Unibank- hər kəsin bankı!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol