• $
  • €
  • ₽
  • ₺
  • £

“Quli”nin bacısı oğlunu bıçaqlayan “qanuni oğru” SAXLANILIB

“Quli”nin bacısı oğlunu bıçaqlayan “qanuni oğru” SAXLANILIB
29.05.2020 04:48
Gürcü əsilli "qanuni oğru” Quram Çixladze ("Kvejoviç”) Türkiyədə saxlanılıb. 

Bu barədə "Praym Kraym” agentliyi məlumat yayıb. Çixladze yanvarın 31-də Türkiyə polisinin əlinə keçib. 

Quram Çixladze azərbaycanlı "qanuni oğru” Nadir Səlifovla ("Quli”) insidentdən sonra gündəmə gəlib. Ötən ilin avqustunda İstanbulda otellərin birində Nadir Səlifovla görüşən Quram Çixladze onunla saymazyana danışıb. Bu zaman "Quli”nin yanında olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev ("Arman Dikiy”) onu yumruqla vurub. Nadir Səlifovun getdikcə oğru dünyasının bir nömrəli personajına çevrilməsini həzm etməyən bir qrup kriminalitet bu faktdan "Quli”yə qarşı istifadə etməyə cəhd göstərib. Lakin Nadir Səlifovu kriminal aləmin ali statusundan məhrum etmək mümkün olmayıb. Bundan sonra Quram Çixladze və tərəfdarları İstanbuldakı restoranların birində dostları ilə birgə əylənən Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanova ("Maqa Rustavskiy”) hücum ediblər. Nəticədə "Maqa Rustavski” bir neçə bıçaq zərbəsi alıb. O, təcili xəstəxanaya çatdırılıb. Bu hadisə "Kvejoviç”i Türkiyə polisinin hədəfinə gətirmiş və o axtarışa verilmişdi. 

Maraqlıdır ki, Quram Çixladzenin saxlanılması ilə Türkiyəyə gələn 16 nəfərlik kriminal dəstənin ələ keçməsi eyni günə təsadüf edir. Həmin dəstəyə ukraynalı Anri Malyi adlı şəxs rəhbərlik edib. Bir rus, dörd gürcü, üç ukraynalı və səkkiz  azərbaycanlıdan ibarət olan dəstə "Quli”yə sui-qəsd üçün Türkiyə gəlibmiş.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol