• $
  • €
  • ₽
  • ₺
  • £

BirBank “Visa Cashless Forum”da iştirak edib

BirBank “Visa Cashless Forum”da iştirak edib
29.05.2020 04:50
BirBank 12 fevral 2020-ci il tarixlərində Bakıda keçirilən "Visa Cashless Forum Azerbaijan 2020” tədbirində iştirak edib. Tədbirdə dövlət qurumlarının, bankların, özəl şirkətlərin nümayəndələri, həmçinin Visa şirkətinin menecerləri iştirak və çıxış ediblər.
 
Çıxış edənlər sırasında həmçinin Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov da var idi. O, öz çıxışı zamanı BirBank mobil tətbiqi barədə ətraflı məlumat verdi. 1 milyondan çox istifadəçisi olan BirBank ölkənin ən tanınmış tətbiqi olmaqla yanaşı, iOs və Android əməliyyat sistemində tövsiyə olunan tətbiqlərin ilk onluğunda yer alır. Özündə bir sıra innovativ funksiyaları birləşdirən BirBank NFC təmassız ödəniş funksiyasını, QR kod vasitəsilə nağdılaşma, digital kart kimi qabaqcıl rəqəmsal bank məhsullarını müştərilərə təqdim edir.
 
"Təbii ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi çox sevindirici bir haldır. Tədbir çərçivəsində müxtəlif qurumlardan olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi, eləcə də yeni texnologiyalar haqqında müzakirələr aparıldı. Düşünürəm ki, bank sektorunun gələcəyi məhz müasir texnologiyalar üzərində qurulur. Biz də öz növbəmizdə, rəqəmsal transformasiya və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində mühüm işlər görürük”, - deyə, Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov bildirib.
 
Qeyd edək ki, Visa beynəlxalq ödəniş sistemi tərəfindən və Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə təşkil olunan forum "Driving the Future" ("Gələcəyə doğru hərəkət”) mövzusu altında keçirilib.
 
İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol