• $
  • €
  • ₽
  • ₺
  • £

İndi bəxşişi də nağdsız ödəmək olar

İndi bəxşişi də nağdsız ödəmək olar
29.05.2020 04:46
Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə daha bir yeniliyə imza atıb. Bank, ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və kafelərdə hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb.

Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan ofisiantlara sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə bir ənənədir. Bu ənənə Azərbaycanda da geniş yayılıb. Amma ölkəmizdə müştərilər bunun üçün nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı bir neçə kafe və restorandakı POS terminallarında pilot olaraq yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin xidmət məkanlarında bu funksiya artıq işləkdir. 

Yeni funksiya "BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı "BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri üçün müştəri məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə verəcək. Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn xarici turistlərin rahatlığı baxımından da faydalı olacaq.

Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət obyektlərinin sahibləri POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol