• $
  • €
  • ₽
  • ₺
  • £

8%-dən və 10 milyon manatadək “İxraca dəstək” krediti!

8%-dən və 10 milyon manatadək “İxraca dəstək” krediti!
29.05.2020 04:45

 
İş adamlarının etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün ardıcıl addımlar atır. Bu istiqamətdə növbəti addım kimi Bank istehsal və ixracla məşğul olan sahibkarlar üçün yeni "İxraca dəstək” kredit məhsulunu və "İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir. Bank yeni kredit məhsulu üzrə krediti öz daxili vəsaitləri hesabına ayırır. Bu isə o deməkdir ki, sənədləşmə prosesi sadə və kreditin verilməsi qərarı daha sürətlidir.

Kreditin məbləği 100 min manatdan 10 milyon manata qədərdir. Müddəti isə 60 ayadəkdir. Bank əsas vəsaitlərə investisiya təyinatlı "İxraca dəstək” krediti almış sahibkarlara 24 aya kimi güzəşt müddətindən faydalanmaq imkanı yaradır. Belə ki, sahibkarlar bu müddətdə yalnız faiz borclarını ödəyirlər. Bank sahibkarlara ödənişin forma və qrafikini seçməkdə də sərbəstlik verir.

Azərbaycan Beynəlxalq Bankının bu məhsulundan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar faydalana bilər. Bu imkan Bankın yeni müştərilərinə də şamil olunur.

Kreditin rəsmiləşdirilməsinə görə xidmət haqqı nəzərdə tutulmur. Kreditin faiz dərəcəsi müştərinin ixrac təşviq sənədinin mövcudluğundan, fəaliyyət sahəsindən, bankla əməkdaşlıq tarixçəsindən və bank hesablarındakı dövriyyəsindən asılı olaraq dəyişir və 8%-dən başlayır.

"İxraca dəstək” kreditindən faydalanan müştərilər 1 iyun 2020-ci il tarixinədək xüsusi hazırlanmış "İxraca dəstək” tarif paketi aksiyasından da faydalana bilər. Tarif paketi çərçivəsində kredit məbləği dəyərində köçürmələr üzrə heç bir komissiya haqqı tutulmur.  Sənədli əməliyyatlar üzrə komissiya haqqında 50% endirim edilir və müştəri Bankın güzəştli valyuta məzənnəsindən istifadə edir. "İxraca dəstək” kreditini bankın bütün filiallarından əldə etmək mümkündür.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac potensialının genişləndirilməsinə dəstək bankın fəaliyyətində xüsusi yer tutur: "Ümid edirik ki, bu addımımız sahibkarlar üçün yeni imkanlar açacaq.     Məhsullarını dünya bazarına çıxaran sahibkarlarımıza böyük kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə təqdim etdiyi "İxraca dəstək” krediti və tarif paketi Azərbaycan sahibkarının rəqabət qabiliyyətli məhsul istehsalına və ixracına təkan verəcək”.    

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol