• $
  • €
  • ₽
  • ₺
  • £

Banklardan işsizliklə bağlı MÜHÜM ADDIM

Banklardan işsizliklə bağlı MÜHÜM ADDIM
10.04.2020 17:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.
 
Mərkəzi Bankdan Anews.az-a verilən məlumata görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.
 
Qeyd edək ki, ilkin mərhələdə bu proqramın icrasına ölkədə fəaliyyət göstərən daha 8 bank qoşulub.
 
Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.
 
Bu, eyni zamanda, hazırda koronavirus (COVİD-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.
 
Son günlərdə banklar proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıblar.
 
Yaxın dövrdə bu prosesə digər bankların da aktiv qoşulması planlaşdırılır ki, nəticədə özünüməşğulluq proqramında iştirak edən bankların sayı artacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol