• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa görə bu maşınların qiyməti ucuzlaşıb

Koronavirusa görə bu maşınların qiyməti ucuzlaşıb
29.05.2020 12:31
Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da bir çox sahələrin aktiv fəaliyyətini axsatdı. Əhainin gündəlik qida ehtiyatlarını qarşılamayan, ancaq paltar və s. mallar satışı keçirilən iri ticarət mərkəzləri də müvəqqəti olaraq qapılarını bağladı. Bağlanan belə mərkəzlərdən biri də maşın bazarıdır.
Anews.az xəbər verir ki, avtomobil satışı üzrə ekspert Sərxan Qədirov "lent.az"-a açıqlamasında qiymətlərdə kəskin ucuzlaşma olduğunu dilə gətirib:
"Hazırkı vəziyyətdə Azərbaycanın avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Maşın bazarının, avtosalonların fəaliyyət göstərməməsi və rayonlardan insanların gəlişinə icazə verilməməsi də qiymətlərin bu qədər ucuzlaşmasına gətirib çıxarıb. Hazırda ölkədə maşınların satışı ancaq sayt və avtomobil satış səhifələrində aparılır. Ancaq yenə də, alıcı qıtlığı var və satışlar yox səviyyəsindədir.
Əsasən, Almaniya və Cənubi Koreya istehsalı olan avtomobillərdə 10 faiz ucuzlaşma müşahidə edilir. Ancaq sovet maşınlarının qiymətində heç bir enmə qeydə alınmayıb. Bu da həmin avtomobillərə olan tələbatdan irəli gəlir. Karantin günlərindən sonra alıcıların kütləvi şəkildə bazara axışı gözlənilir. Buna görə də qiymətlərin ən azı əvvəlki səviyyəyə qalxacağı qaçılmazdır. Xüsusən, yay və payız aylarında qiymətlər daha da bahalaşacaq. Sovet maşınlarının isə əvvəlkindən də baha olacağı gözlənilir”.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol