• $
  • €
  • ₽
  • ₺
  • £

“Pandemiyadan sonra aviabiletlərdə bahalaşma gözlənilir”

“Pandemiyadan sonra aviabiletlərdə bahalaşma gözlənilir”
29.05.2020 06:03
Post-pandemiya dövründə aviabiletlərin qiymətində bahalaşma müşahidə oluna bilər.  

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı turizm üzrə mütəxəssis Rəhman Quliyev İctimai TV-nin efirində qonaq olan zaman deyib. Ekspert bildirib ki, bilet qiymətlərinin qalxmasına səbəb Beynəlxalq Aviasiya Assosiasiyasının tövsiyələrinə uyğun olaraq, ilk uçuşlarda təyyarənin tutumunun yarısı və ya üçdə biri qədər biletlərin satılacağıdır:

"Hər hansı fövqəladə vəziyyət yarandıqda bu, ilk başda turizm sektoruna ciddi zərbə vurur.  Ölkəmizdə pandemiya səngiyən kimi yerli turistləri regionlara göndərmək üçün müvafiq tədbirlər görülməlidir. Bugünkü gündə regionlarda olan otellər yerli turistlərlə müəssisələri saxlamaqda  çətinlik çəkəcək. Çünki regionlara gedən turistlər adətən səhər gedib axşam qayıdırlar. Bu da, o demək deyil ki, otellər yerli turistlərlə öz otellərini saxlaya, işçi qüvvəsini dolandıra biləcəklər, ayaqda qalacaqlar. Yardım davam etdirilsə, regionlardakı otellər də düzgün qiymət siyasəti yürütsə, vətəndaşlarımız üçün minimum qiymətlərlə bazara çıxsa, insanların oraya gəlməsini təmin edə bilər. Burada ən əsas məsələ qiymətdir. 

Bundan başqa, beynəlxalq uçuşlar həyata keçirilməsə, xüsusi çətinliyi paytaxtda yerləşən otellər yaşayacaq”
.
Mütəxəssis qeyd edib ki, hazırda yay ayları üçün qabaqcadan tur-paketlər alan vətəndaşlarla turizm şirkətləri üz-üzə qalıb:

"Yay ayları üçün qabaqcadan tur-paket alan vətəndaşlarla bağlı hazırda tur şirkətlərində müzakirələr aparılır. Qabaqcadan müəyyən rezervasiyalar olunub və tur şirkətləri həmin məbləğləri aidiyyatı üzrə ödəyib, yəni, maliyyə onlardan çıxıb. Şirkətlər burada vasitəçi rolunu oynayırlar. İnanıram ki, heç bir vətəndaşın pulu batmayacaq. Çünki aviaşirkətlər, partnyor şirkətlər, xaricdə yerləşən otellər vaxt dəyişikliyinə üstünlük verir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol