• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu sahibkarlara ciddi maliyyə sanksiyaları XƏBƏRDARLIĞI

Azərbaycanda bu sahibkarlara ciddi maliyyə sanksiyaları XƏBƏRDARLIĞI
29.05.2020 00:57
"Son günlər apardığımız təhlillər nəticəsində müəyyən olunub ki, bəzi hüquqi və fiziki şəxslər ölkənin müxtəlif regionlarında yerin təkindən – qum, çınqıl yataqlarından, qarışıq süxurlardan icazəsiz və qanunsuz istifadə edirlər”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bunun üçün heç bir müvafiq icazə sənədi alınmır, qaydalara əməl edilmir:

"Bəzi şirkətlər bu işi yol çəkilişi və ya hansısa abadlıq-quruculuq işlərinin görülməsi məqsədilə həyata keçirdiklərini açıqlayaraq, bununla məsuliyyətdən yayınmaq istəyirlər.
Birmənalı şəkildə bildiririk ki, fəaliyyətin sferasından asılı olmayaraq, bu tipli işlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılaşdırılmalı və sənədləşdirilməlidir. Yalnız müvafiq icazə verildikdən və yatağın həcminin qiymətləndirilməsi ilə bağlı ekspertiza rəyi alındıqdan sonra ondan istifadə etmək olar.
Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə olan müvafiq normativlərə Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli müvafiq qərarı ilə yenidən baxılıb və xeyli dərəcədə yüksək tariflər müəyyən edilib”.
H.Əlizadə bildirib ki, həmin qərar verilənə qədər Azərbaycanda yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə olan müvafiq normativlər Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli qərarı ilə tənzimlənirdi:
"Yəni əvvəlki qərarla müqayisədə, son qərarda istər qum, çınqıl yataqlarından, istərsə də digər qiymətli və yarımqiymətli faydalı qazıntılardan istifadəyə görə tariflər orta hesabla 4-5 dəfə artırılıb.
Əvvəl 1 kub qumun qanunsuz götürülməsinə görə dəymiş ziyan beş manat olduğu üçün 100 kub qumun götürülməsinə görə dəyən ziyan 500 manat hesablanırdı.
İndi 100 kub qumun qanunsuz götürülməsinə görə dəyən ziyan (1 kub 20 manat) 2000 manat məbləğində müəyyən edilib. Bəzi süxurlarda isə dəyən ziyan hətta 5-5,5 dəfə çox hesablanır. Təbii ki, bu da ciddi hüquqi pozuntulara gətirib çıxarır. Nəticə bu işi qanunsuz görən şirkətləri ciddi maliyyə sanksiyaları ilə üz-üzə qoyur”.
"Əgər qanunsuz hərəkət, icazəsiz istismar xüsusi mühafizə olunan təbiət ərazilərində baş veribsə, bu halda dəyən ziyan üçqat hesablanır.
Ona görə də faydalı qazıntı yataqlarının istismarçılarına xəbərdarlıq edirik ki,  bu işə başlamazdan əvvəl müvafiq sənədləşməni aparsınlar və yalnız istismar üçün icazə alındıqdan sonra fəaliyyət göstərsinlər”, - deyə nazirlik rəsmisi qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol