• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

“Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke
29.05.2020 00:50

 
"Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu həssas dövrdə "Nar” üçün ən vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır. Mobil operator olaraq virusla mübarizə üçün təxirəsalınmaz addımlar atırıq”. Bunu "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim etdikləri xidmətlər barədə İTV telekanalına müsahibəsində deyib. Q. Panke qeyd edib ki, müştərilərə fasiləsiz xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. Abunəçilərin sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər yaratdıqlarını bildirib.

Q.Panke müştərilərin evdə qalması üçün "Nar”ın təqdim etdiyi onlayn və səyyar xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib: "Bu dövrdə bizim qarşımızda duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə xüsusi diqqət ayırdıq. Çünki karantin rejimində insanların daim əlaqədə qalması çox vacibdir. Ona görə də 24/7 rejimində şəbəkəyə nəzarət edən komandalarımız gücləndirilmiş rejimdə işləməyə başladı. İkincisi isə Müştəri Xidmətlərimizi tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə abunəçilərimiz günün 24 saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya bilsinlər.

Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun biznesinə təsiri barədə də danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci yarısından etibarən, gəlirlərin azaldığı müşahidə edilir. Çünki insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, "Nar” abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərə sadiq qalır.

Qeyd edək ki, "Nar”ın Baş İcraçı direktoru Qunnar Pankenin İTV telekanalına müsahibəsinin videosuna aşağıdakı linkdə baxmaq olar:

 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol